"Azərbaycan Nəşriyyatı" köçürülür

"Azərbaycan Nəşriyyatı" köçürülürYaxın iki ay ərzində Bakının Yasamal rayonu Mətbuat Prospekti 529-cu məhəllə ünvanında yerləşən "Azərbaycan Nəşriyyatı"nın binası boşaldılacaq. Bu barədə Gundem.info.az-a daxil olan məlumata görə binada əsaslı təmir işləri aparılacağı bildirilir.

Məlumata görə artıq binada yerləşən rəsmi qəzetlərə bu barədə xəbərdarlıq edilib. Rəsmi dövlət qəzetlərinin yaxınlıqda yerləşən Beynəlxalq Mətbuat Mərkəzinə (BMM) köçürülməsi nəzərdə tutulur. Eyni zamanda müstəqil olaraq BMM-ə köçmək istəyən media oraqanlarına da 1 kvadratmetr üçün 30 AZN-dən başlayan icarə otaqlar da təklif edilib.

Qeyd edək ki, cari ilin Dövlət Büdcəsindən “Azərbaycan Nəşriyyatı” Məhdud Məsuliyyətli Cəmiyyətinə vəsait ayrılmayıb. Hansı ki, 2024-cü ildə 2 milyon 352 min 890 manat, 2025-ci ildə 2 milyon 228 min 290 manat məbləğində vəsait ayrılmışdı.

“Azərbaycan Nəşriyyatı” Məhdud Məsuliyyətli Cəmiyyəti Azərbaycan Respublikası Prezidentin İşlər İdarəsinin balansındadır.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
147 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...