İmamoğlunun həbs müddəti uzadıldı

İmamoğlunun həbs müddəti uzadıldıÖtən il İstanbul meri vəzifəsindən uzaqlaşdırılan Ekrem İmamoğlunun həbs qətimkan tədbirinin müddəti iş materialları əsasında yenidən araşdırılaraq uzadılıb.

“Qafqazinfo” xəbər verir ki, bu barədə Türkiyə KİV məlumat yayıb.

Məlumata görə, məhkəmə İmamoğlu və onunla birlikdə korrupsiya, vəzifə səlahiyyətlərindən sui-istifadə və digər ittihamlarla mühakimə olunan şəxslərin həbsdə qalması barədə qərar qəbul edib.

Xatırladaq ki, E. İmamoğlu 2025-ci ilin martında həbs edilib. Hazırda Silivri həbsxanasında saxlanılan sabiq merə qarşı bir neçə fərqli cinayət işi, o cümlədən “siyasi casusluq” və “dövlət əmlakını mənimsəmə” ittihamları irəli sürülüb.

Onu da bildirək ki, İstanbul 40-cı Ağır Cəza Məhkəməsinin qərarına əsasən, İmamoğlunun növbəti məhkəmə iclası martın 9-na təyin edilib.




Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
40 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...