Neftimiz sürətlə bahalaşır - Qiyməti 105 dolları ötdü

Neftimiz sürətlə bahalaşır -  Dünya bazarlarında "Azeri Light" (CIF) markalı Azərbaycan nefti bahalaşıb.

Modern.az xəbər verir ki, Azərbaycan neftinin 1 barelə olan qiyməti 10,15 ABŞ dolları və ya 10,6% artaraq 105,58 ABŞ dolları olub.

Qeyd edək ki, Azərbaycan neftinin əvvəlki qiyməti 95,43 ABŞ dolları təşkil edib.

Xatırladaq ki, Azərbaycanın builki dövlət büdcəsində “Azeri Light” markalı Azərbaycan neftinin 1 barelinin orta qiyməti 65 ABŞ dollarından hesablanıb.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
1 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...