ABŞ İranın 3,8 milyon barel neftini “oğurlayıb” - Tehran

ABŞ İranın 3,8 milyon barel neftini “oğurlayıb” - TehranABŞ iki İran ticarət gəmisini - "Majestic" və "Tifani"ni ələ keçirərək 3,8 milyon barel İran neftini oğurlamaqla təcavüz və dövlət piratçılığı aktı törədib.

Musavat.com xəbər verir ki, bu, İranın BMT-dəki daimi nümayəndəsi Əmir Səid İrəvaninin Təhlükəsizlik Şurasına göndərdiyi məktubda əksini tapıb: "Bu dəhşətli və qanunsuz hərəkətlər beynəlxalq dəniz hüququnun müəyyən edilmiş normalarını daha da pozur, dəniz təhlükəsizliyi və naviqasiya təhlükəsizliyinə birbaşa təhdid yaradır və regionda onsuz da gərgin olan vəziyyəti daha da ağırlaşdırır. Mahiyyətcə bu cür hərəkətlər beynəlxalq hüquqa əsasən etibarsız olan daxili prosedurlar adı altında həyata keçirilən dövlət piratçılığı və terrorizmlə eynidir".

İran nümayəndəsi ABŞ-ın Kolumbiya dairəsi üzrə prokuroru Janin Pirronun 27 apreldə X hesabındakı paylaşımını piratçılıqla öyünmək kimi şərh edir. Tehran ABŞ-ın hərəkətlərini BMT Nizamnaməsinin, xüsusən də 2(4)-cü maddəsinin kobud şəkildə pozulması kimi qiymətləndirir və Təhlükəsizlik Şurasından tədbir görməsini tələb edir.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
2 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...