Bazar günü parklanmanı aktiv etmədikdə cərimə yazılır?

Bazar günü parklanmanı aktiv etmədikdə cərimə yazılır?Son illər Bakıda parklanma qaydalarının tətbiqi sürücülər arasında tez-tez müzakirə olunan mövzulardan biridir. Bazar günləri parkinqlərin ödənişsiz olmasına baxmayaraq, bəzi sürücülər mobil tətbiqdə parklanmanı aktiv etmədikləri üçün cərimə aldıqlarını bildirirlər.

Bəs bazar günü parklanma ödənişsiz olduğu halda, sürücü yenə də tətbiq üzərindən parklanmanı aktiv etməlidirmi?

"Gundeminfo" xəbər verir ki, mövzu ilə bağlı Pravda.az-a açıqlama verən nəqliyyat eksperti Samuran Səmədbəylinin sözlərinə görə, bazar günü parkinqə görə sürücüyə cərimə gələ bilməz.

Ekspert qeyd edib ki, parkinqlər üzrə cərimələr elektron formada və ya təhlükəsiz şəhər kameraları ilə qeydiyyata alınmır: “Yalnız işçilər tərəfindən qeydiyyata alınır. Avtomobilin fotosu çəkilir, sistemdə yoxlanılır, proqramda aktiv zamanı başlatmayıbsa, bu halda cərimə gəlir… Bazar günü isə həmin işçilər işdə olmur. Maşının şəklini kim çəkib cərimə yazır? Bazar günü, ümumiyyətlə, proqramda qeydiyyat aparmağa, avtomobili saxlayarkən mobil tətbiqdə parklanmanı aktiv etməyə ehtiyac yoxdur. Buna görə də kimsəyə cərimə gələ bilməz. Kimsə bazar günü işə gəlir? Belə şey mümkün deyil”.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
11 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...