NATO-dan kritik addım: HHM sistemləri Yaxın Şərqə köçürülür
Gundeminfo.com xəbər verir ki, bu barədə ABŞ Senatının Silahlı Qüvvələr üzrə Komitəsində keçirilən dinləmələr zamanı NATO-nun Avropadakı Müttəfiq Qüvvələrinin Ali Baş Komandanı, general Aleksus Qrinkeviç məlumat verib.
General bildirib ki, Aralıq dənizinin şərq hissəsində NATO müttəfiqlərinin qorunması məqsədilə ABŞ Silahlı Qüvvələrinin Avropa Komandanlığının tabeliyində olan hava hücumundan müdafiə vasitələrindən istifadə olunub.
HHM sistemlərinin Yaxın Şərqə köçürülməsi ilə bağlı dəqiqləşdirici suala cavab verən Qrinkeviç bu məlumatı təsdiqləyib.
Qeyd olunub ki, HHM sistemlərinin köçürülməsi ABŞ və İsrailin İrana qarşı həyata keçirdiyi hərbi əməliyyatlarla əlaqədardır. Generalın sözlərinə görə, ABŞ-nin Avropa Komandanlığı artıq regiondakı bəzi sistemlərin sayını azaldaraq onları münaqişə zonasına yönləndirib./Oxu.az
3 dəfə oxundu











