Türkiyə ilə bağlı bu xəbər Azərbaycanda narahatlıq yaratdı

Türkiyə ilə bağlı bu xəbər Azərbaycanda narahatlıq yaratdıİrandan Türkiyəyə iki raketin atılması turizm sektorunda dalğalanma yaradıb. Belə ki, bəzi Azərbaycan vətəndaşları Novruz bayramına planlaşdırdıqları səfərləri, hətta yay ayları üçün aldıqları aviabiletləri ləğv etməyə başlayıblar.

Gundeminfo.com xəbər verir ki, Globalinfo.az-a danışan turizm üzrə ekspert Ceyhun Aşurov İran, ABŞ və İsrail arasında baş verən müharibənin regionda gərginliyi artırdığını deyib.

“Qarşıdurmanın coğrafiyası artıq bəzi Körfəz ölkələrinə də yayılıb. Hətta Azərbaycan, eləcə də Türkiyə ərazilərinə raket və dron zərbələrinin düşdüyünü gördük. Bu cür hadisələr təbii olaraq narahatlıq doğurur. Belə vəziyyətlərdə turistlərin ilk reaksiyası planlaşdırdıqları səfərləri təxirə salmaq və ya gözləmə mövqeyi tutmaq olur. Turizm baxımından regionun ən böyük mərkəzlərindən biri olan Türkiyə üçün sabitliyin qorunması xüsusi əhəmiyyət daşıyır. Eyni vəziyyət Azərbaycan üçün də aktualdır. Adətən Novruz və Ramazan ərəfəsində Azərbaycana xaricdən çox sayda turist gəlir, eyni zamanda ölkə vətəndaşlarının xaricə səfərləri də artır. Lakin mövcud gərginlik fonunda həm xaricdən gələn turistlərin bir hissəsinin gözləmə mövqeyi tutması, həm də bəzi rezervasiyaların ləğv edilməsi ehtimalı var”.

Ekspert bildirib ki, bu vəziyyət eyni zamanda daxili turizmin canlanmasına səbəb ola bilər:

“Xaricə səfər etməyi planlaşdıran vətəndaşların bir qismi istirahət üçün rayonlara üz tuta bilərlər. Onsuz da Novruz günlərində daxili turizm bazarında aktivlik ənənəvi olaraq yüksək olur. Son illərdə regionlarda otellərin sayı müəyyən qədər çoxalıb, eyni zamanda kənd evləri, villalar və “A-Frame” tipli istirahət evləri kimi alternativ yerləşdirmə məkanları geniş yayılıb. Bu baxımdan bayram günlərində regionlarda turizm aktivliyinin yüksək olacağı gözlənilir və ciddi narahatlıq üçün əsas görünmür”.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
5 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...