“AzərGold”da müşavir bolluğu: 10 nəfər Zakir İbrahimova nə məsləhət verir?

“AzərGold”da müşavir bolluğu:

Dövlətə məxsus “AzərGold” QSC-də müşavir sayının artması diqqət çəkir. Şirkətin İdarə Heyətinin sədri hazırda artıq 10 müşavir ilə işləyir. Sonuncu – 10-cu müşavir isə 12 mart 2026-cı il tarixində vəzifəyə təyin olunub.

"Gundeminfo" xəbər verir ki. rəsmi məlumatlara görə, bu şəxslər müxtəlif istiqamətlər üzrə sədrə məsləhət və dəstək funksiyası yerinə yetirirlər. Lakin sual yaranır: bir dövlət şirkətinin rəhbərinə 10 müşavirə doğrudanmı ehtiyac var?

Xüsusilə nəzərə alsaq ki, “AzərGold” dövlət şirkətidir və onun xərcləri dolayısı ilə dövlət vəsaitləri ilə bağlıdır. Bu qədər müşavir ştatı həm də əlavə maaş, xidməti təminat və inzibati xərclər deməkdir. Şirkətin maliyyə göstəriciləri və ümumi idarəetmə strukturu fonunda belə geniş müşavir korpusunun yaradılması xərclərə qənaət siyasəti ilə nə dərəcədə uzlaşır – bu sual açıq qalır.

Ekspertlərin fikrincə, dövlət müəssisələrində idarəetmə aparatının həddindən artıq şişirdilməsi səmərəliliyi artırmaqdan çox, bəzən sadəcə büdcə yükünü artıran formal vəzifələrin yaranmasına gətirib çıxarır.

Bu baxımdan “AzərGold” rəhbərliyinin 10 müşavirli modelinin zəruriliyi və bu vəzifələrin konkret nəticələri barədə ictimaiyyətə daha aydın izah verməsini gözləyirik.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
28 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...