Ev dustağı olan Rəqsanə Gəncədə necə konsert verir?
Gundeminfo.com xəbər verir ki, sözügedən məsələ ilə bağlı Axar.az-a danışan hüquqşünas Əkrəm Həsənov ev dustaqlığını məhkəmənin verdiyini, məhkəmə qərarında hansı şərtlər olduğundan isə məlumatımız olmadığını bildirib.
“Məhkəmə qərarında istisnalar, güzəştlər və müəyyən şərtlər ola bilər. O cümlədən, həmin şəxs məhkəməyə müraciət edib icazə ala bilər. Lakin ədalət nöqteyi-nəzərindən kiməsə belə istisna edilməsini düzgün hesab etmirəm”, – hüquqşünas bildirib.
Qeyd edək ki, R.İsmayılova ötən ilin avqust ayında həbs edilib və avqustun 16-da barəsində həbs qətimkan tədbiri seçilib. Həmin ilin noyabrın 19-da vəkilinin vəsatəti əsasında onun barəsində olan həbs qətimkan tədbiri ev dustaqlığı ilə əvəz olunub.
O, külli miqdarda dələduzluqda ittiham olunur. Araşdırmalarla müəyyən edilib ki, o, iki nəfər zərərçəkən şəxsin ümumilikdə 35.000 manat dəyərində qızıl-zinət əşyalarını və 520.000 ABŞ dolları məbləğində pulunu dələduzluqla ələ keçirib.
Rəqsanə İsmayılova dəymiş zərərin bir qismini ödəyib.
7 dəfə oxundu











