Neft bahalaşdı – Pensiyalar artırılacaq? - AÇIQLAMA
Bu sözləri Pravda.az-a açıqlamasında Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vüqar Bayramov deyib.
O deyib ki, bu konteksdən neftin real bazar qiymətindəki artımlar məhz 3,6 milyard manatlıq hissəyə birbaşa təsir göstərəcək: “Təbii ki büdcə yerlərinin artması fonunda dövlət büdcəsinin prioritet istiqamətlərə, o cümlədən milli təhlükəsizliyin daha da güclənməsi, eləcə də işğaldan azad olunmuş ərazilərin bərpası və vətəndaşlarımızın sosial təminatın daha da gücləndirməsi ilə bağlı daha çox vəsaitin ayrılmasına imkan yaradacaq. Sosial təminatlar tədbirləri hər zaman prioritetdir. Baxmayaraq ki, 2025-ci ildə neftin real bazar qiyməti yüksək olmadı, ancaq cənab Prezidentin tapşırığı ilə Azərbaycanda 5-ci sosial paket reallaşdı və bu 3 milyon vətəndaşımızı əhatə etdi. Ona görə sosial təminat tədbirləri hər zaman Azərbaycanda həyata keçirilən siyasətin ana xəttidir. 2026-cı il üçün də bu istiqamətdə daha çox vəsaitin ayrılması müşahidə olunacaq”.
102 dəfə oxundu










