Enerji sistemimizi vursalar. region zülmətə qərq olacaq - Əli Laricani belə deyir

Enerji sistemimizi vursalar. region zülmətə qərq olacaq - İranın elektrik infrastrukturuna hücum olsa, bütün region qaranlığa qərq olacaq.

APA xəbər verir ki, bunu İranın Ali Milli Təhlükəsizlik Şurasının katibi Əli Laricani “X” hesabında yazıb.

O, ABŞ Prezidenti Donald Trampın İranın elektrik şəbəkəsini məhv etməklə bağlı hədəsinə münasibət bildirib.

Laricani qeyd edib ki, “əgər bunu etsələr, bütün region yarım saatdan az bir müddətdə qaranlığa qərq olacaq”.

İranın Ali Milli Təhlükəsizlik Şurasının katibi vurğulayıb ki, bunun nəticəsində yaranan qaranlıq “təhlükəsizlik üçün qaçan” Amerika hərbçilərinin təqibinə şərait yaradacaq.

Xatırladaq ki, Tramp İranı elektrik şəbəkəsini məhv etməklə hədələyib.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
4 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...