Ukrayna Xəzər dənizində “Lukoil”ə məxsus qazma qurğularına zərbələr endirib
Yeniavaz.com xəbər verir ki, Baş Qərargahın yaydığı məlumata görə, zərbələr Xəzər dənizində yerləşən və “Lukoil”ə məxsus olan üç qazma qurğusuna – Vladimir Filanovski, Yuri Korçagin və Valeri Qreyfer adlı obyektlərə endirilib. Bildirilib ki, bu obyektlər Rusiya işğalçı ordusunun fəaliyyətinin dəstəklənməsində istifadə olunub.
Eyni zamanda, Ukrayna Müdafiə Qüvvələrinin Luqansk vilayətinin müvəqqəti işğal olunmuş ərazisində, Baraniçevo kəndi yaxınlığında Rusiyaya məxsus “Buk-M3” zenit-raket kompleksinin buraxılış qurğusuna atəş zərbəsi endirdiyi bildirilib.
Ukrayna tərəfi vurğulayıb ki, Müdafiə Qüvvələri Rusiya işğalçı qüvvələrinin hərbi-iqtisadi potensialını və hücum imkanlarını sistematik şəkildə zəiflətməyə davam edir və Ukraynaya qarşı silahlı təcavüzdə birbaşa iştirak edən hədəflərə zərbələr endirir.
5 dəfə oxundu












