Mənzil-Kommunal Təsərrüfatı Departamentinin rəisi Rafail Mehralıyevin yeznəsi Eldar Şirinov milyonluq obyekt inşa etdirdi - FOTO

Mənzil-Kommunal Təsərrüfatı Departamentinin rəisi Rafail Mehralıyevin yeznəsi Eldar Şirinov milyonluq obyekt inşa etdirdi -
Bakı şəhər İcra Hakimiyyətinin Mənzil-Kommunal Təsərrüfatı Departamentinin rəisi Rafail Mehralıyevin yeznəsi Eldar Şirinov Nizami rayonunun Bəkir Çobanzadə küçəsi, giriş 312 ünvanında yeni obyekt inşa etdirib.

Qlobal.az xəbər verir ki, iki mərtəbədən ibarət olan obyektin ümumi sahəsi 324 kvadrat metrdir.

Obyektin real bazar dəyərinin 1.5-2 milyon manat civarında olduğu deyilir.

Qeyd edək ki, Eldar Şirinovun adına xeyli sayda şirkətlər təsis edilib.

Dövlət qeydiyyat sənədlərində Eldar Şirinovun "ENS İnşaat-E” MMC-nin təsisçisi olduğunu göstərir. "ENS İnşaat” MMC isə onun ailə üzvlərinin qeydiyyatda olduğu mənzildə (Bakı şəhəri, Keşlə qəsəbəsi, Zakir küçəsi, ev 11) qeydiyyata alınıb. Eldar Şirinov daha iki şirkətin: "N Qardaşları” MMC (24.09.2004) və Müstəqil "Ramin-F” Çoxsahəli İstehsalat Firmasının (29.09.1997) direktorudur. "Rəşad-Abadlıq” Təmir-Tikinti Müəssisəsi (07.12.1998) bu şirkətlərdən biri ilə eyni ünvanda (Rəsulzadə qəsəbəsi, Baksol, ev 54) yerləşir.

Yerli mediada yazılan xəbərlərdə bu şirkətlərin Bakı şəhər İcra Hakimiyyətinin və Mənzil-Kommunal Təsərrüfatı Departamentinin sifarişçi olduğu smetası milyonlarla ölçülən satınalmalarda qalib elan edildiyi vurğulanır.

"ENS İnşaat-E” şirkətinə son bir neçə il ərzində ümumi dəyəri 60 milyon 303 min manat dəyərində 10 müqavilə verilib. İnşaat materiallarının alınması, yolların və yaşayış evlərinin təmiri üçün. "Rəşad-Abadlıq” Təmir Tikinti Müəssisəsi” isə Bakının Mənzil-Kommunal Təsərrüfatı Departamentindən, onun 1 saylı və 2 saylı Xüsusi Təyinatlı Mənzil-Kommunal Təsərrüfatı Birliklərindən ümumi dəyəri 12 milyon 748,5 min manat olan 7 müqavilə verilib.

Bakı şəhər İcra Hakimiyyəti və Mənzil-Kommunal Təsərrüfatı Departamenti iddialara cavab verməyib.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
59 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...