Rusiya Azərbaycanın səfirliyinə raket atəşi açdı
Rusiyanın atdığı raketlərdən biri Azərbaycanın Kiyevdəki səfirliyindən cəmi 100 metr aralıya düşüb.
Musavat.com xəbər verir ki, hadisə ciddi təhlükə yaradıb və bu, Moskvanın Bakıya ünvanladığı açıq mesaj kimi qiymətləndirilir.
Xatırladaq ki, son həftələrdə Rusiya Azərbaycanın Ukraynadakı iqtisadi varlıqlarını da hədəfə alıb. SOCAR-a məxsus yanacaqdoldurma məntəqələri bir neçə dəfə vurulub, 4 nəfər yaralanıb, milyonlarla manatlıq maddi zərər dəyib. Bundan əlavə, SOCAR-ın Kiyevdəki ofisinin yaxınlığına zərbə endirilib, qaz paylayıcı hab hədəf götürülüb və ötən ay Rusiya ordusunun zərbələri ilə dağıdılıb.
Bu gün isə eyni vaxtda həm Türkiyə ilə ortaq layihə olan Bayraktar zavoduna, həm də Azərbaycanın səfirliyinə yaxın əraziyə raket zərbəsi endirilməsi diqqət çəkir.
Müasir müharibələrin “nöqtə atışları” şəraitində Rusiyanın bu addımı təsadüfi sayıla bilməz. Əksinə, Kreml Azərbaycanın uğurlu diplomatiyasına və Ukrayna ilə strateji əməkdaşlığına qarşı açıq qəzəbini nümayiş etdirir. Çəmbər daraldıqca Moskva öz xislətini ortaya qoyur, diplomatik və iqtisadi obyektlərə zərbələr vurmaqla siyasi mesaj verməyə çalışır.
50 dəfə oxundu