“Dokta” apteklər şəbəkəsi cərimələnə bilər

“Dokta” apteklər şəbəkəsi cərimələnə bilər
Dərman firması və apteklər şəbəkəsi olan “Dokta” MMC ilə bağlı imzalanmış protokola baxılacaq tarix məlum olub.

Tribunainfo.az xəbər verir ki, dəfələrlə cərimələnən “Dokta” MMC-nin növbəti dəfə İnzivati Xətalar Məcəlləsini pozduğu məlum olub. Belə ki, şirkət İXM-nin ticarət qaydaları əleyhinə olan 452.1-ci maddəsini pozub. Tələbi pozulan maddəyə əsasən, apteklərdə resept təqdim edilməklə buraxılmalı olan dərman vasitələrinin reseptsiz buraxılmasına və ya yetkinlik yaşına çatmayanlara dərman vasitələrinin buraxılması qaydalarının pozulmasına görə, yüz əlli manatdan iki yüz əlli manatadək məbləğdə cərimə edilir.

“Dokta” MMC ilə bağlı işə 27 fevral tarixində Abşeron rayon Məhkəməsində baxılacaq. İş hakim Firuzə Kərimovanın icraatındadır.

Qeyd edək ki, 2008-ci ildə dövlət qeydiyyatına alınan dərman firmasının qanuni təmsilçisi Muxtarov Elməddin Fəxrəddin oğludur.

Qarşı tərəfi dinləməyə hazırıq.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
72 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...