Avropada 8 rus media qurumunun fəaliyyəti qadağan edilir

Avropada 8 rus media qurumunun fəaliyyəti qadağan edilir
16-cı anti-Rusiya sanksiyaları paketi çərçivəsində Aİ hakimiyyəti səkkiz rus media orqanının öz ərazisində fəaliyyət göstərməsi üçün lisenziyanın müvəqqəti dayandırılması barədə qərar qəbul edib.

"gUNDEMİNFO"nun xəbərinə görə bu barədə Aİ Xarici Əlaqələr Şurasının mətbuat xidmətinin bəyanatında deyilir.

“Aİ Şurası bu gün Rusiya rəhbərliyinin daimi nəzarətində olan səkkiz Rusiya KİV-nin yayım lisenziyasının dayandırılması və onlara xəbərlərini təqdim etmələrinin qadağan edilməsi barədə qərar qəbul edib”, - sənəddə deyilir.

Açıqlamaya görə, sanksiyalar EADaily xəbər agentliyi, Fondsk.ru, Lenta.ru, News Front, RuBaltic, SouthFront, Strateji Mədəniyyət Fondu və Zvezda telekanalına şamil edilib.

Press-relizdə aydınlıq gətirilir ki, bu tədbirlər, lakin bu media orqanlarına və onların əməkdaşlarına Aİ-də araşdırma və müsahibələr aparmaq kimi digər fəaliyyətləri həyata keçirməyə qadağa qoymur.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
73 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...