Bakıya qar yağacaq, yollar buz bağlayacaq - Xəbərdarlıq

Bakıya qar yağacaq, yollar buz bağlayacaq -
Fevralın 26-sı axşamdan 27-si gündüzədək Bakıda və Abşeron yarımadasının bəzi yerlərində arabir sulu qar, qar yağacağı gözlənilir.

Gundeminfo.az xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.

Bildirilib ki, yağıntıların yarımadanın bəzi yerlərində qısa müddətə intensivləşəcəyi ehtimal olunur.

Fevralın 26-sı axşamdan 27-si səhərədək havanın temperaturu 1-3 dərəcə şaxta olacaq.

Gözlənilən hava şəraiti ilə əlaqədar gecə və səhər bəzi yolların buz bağlama ehtimalı var.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
76 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...