Pirverdiyevin başı “Azercell”ə qarışıb: - “AzTeleKom”un 21.7 milyonluq tenderi ləğv edildi

Araşdırma zamanı o da bəlli olmuşdu ki, “AzTeleKom” MMC bu vəsaitlərin 4 milyon 488 min 652 manatını təkcə bir şirkətlə alqı-satqıya xərcləyib. Orada söhbət “MOTOR CLINIC” MMC ilə il ərzində bağlanmış iki müqavilədən gedirdi.
Dünən isə məlum olub ki, “AzTeleKom” MMC-nin keçirdiyi tenderlərlə bağlı bəzi məhdudiyyətlər tətbiq olunub. Belə ki, Tural Pirverdiyevin rəhbərlik etdiyi qurum “Əlavə mütəxəssislərin işə cəlb olunması” layihəsini həyata keçirmək istəyini reallaşdıra bilməyib. 21 milyon 770 min 655 manat olan bu müsabiqənin ləğvinin səbəbi iştirakçı sayının az olması göstərilib. Anti İnhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti MMC-nin müsabiqə zamanı “Dövlət satınalmalar haqqında” qanunun bəzi maddələrini pozduğunu aşkarlayıb.
Lakin ayrı-ayrı mənbələrdən gələn xəbərlərdə məsələnin təkcə bununla bağlı olmadığı da deyilir. İddia olunur ki, qurumun rəhbəri Tural Pirverdiyevin bəzi tender işlərinə qismən qadağalar tətbiq olunub. Bu qadağaların konkret olaraq hansı qüsura görə, tətbiq edildiyi isə hələlik məlum deyil.
Bundan başqa, Tural Pirverdiyev həmçinin paralel olaraq, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin balansında olan “Azintelecom”un əsas əshmdarı olduğu “Azercell”in də idarəçiliyini həyatra keçirir. Məhz bu səbəbdən də onun “AzTeleKom”a az vaxt ayırdığı, əsasən “Azercell”də olduğu bildirilir. Bu səbəbdən də sözügedən dövlət qurumunda bəzən anlaşılmaz, bəzən isə məqsədyönlü problemlər meydana çıxır. Hətta iddialar var ki, MMC daxilində rəhbərlik uğrunda mübarizə aparan bir neçə qruplaşma belə var. Lakin bunun nə dərəcədə doğur olduğunu hələlik dəqiqləşdirə bilməmişik.
80 dəfə oxundu