"İnsanlarımız küçədə gecə yarısınadək böyük həvəslə qartopu oynayırlar" - Deputat

"İnsanlarımız küçədə gecə yarısınadək böyük həvəslə qartopu oynayırlar" -
“Paytaxtda da qar gec də olsa, yağdı. Müəyyən qədər yollarda problemlər yaransa da, böyük problem olmadı. Ölkədə xarici qonaqlar var, ötən gün onlarla birlikdə idik. Qonaqlar da gördülər ki, doğrudan da, insanlarımız küçədə gecə yarısınadək böyük həvəslə qartopu oynayırlar. Mərkəzdən kənarda xırda problemlər ola bilər, çünki bölgəmiz bu cür soyuqları, qarı az görür. Cüzi problemlərdir, Allaha şükür, hər şey yaxşıdır”.

Gundeminfo.az pravda.az-a istinadla xəbər verir ki, bunu Milli Məclisin deputatı Cavanşir Paşazadə deyib.

O, Bakı Şəhər İcra Hakimiyyətinin və digər aidiyyəti qurumların tənqid edilməsinə də münasibət bildirib:

“Bir az tənqid etməyə, özümüzdən başqa heç kimi bəyənməməyə meyilliyik. Hər kəsin işinin çətinlikləri, problemləri var. Təbii ki, bu boyda şəhərə rəhbərlik etmək, bütün ölkədə problemləri 1 saatda həll etmək, insanları, texnikanı səfərbər etmək bir az çətin olar. Diqqət yetirilməyən bölgələrdə insanlar narazılıq edə bilərlər. Bu da təbiidir. Narazılıq canımızda var. Yaxşı işləri qiymətləndirməmək, tərif deməmək, hər şeydə pisi görmək... Allahın izni ilə, hər şey yaxşı olar”.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
72 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...