“Həmin intim görüntüləri mənə özü göndərmişdi” - “Kanal-1”in rəhbərinin CİNAYƏT İŞİ

“Həmin intim görüntüləri mənə özü göndərmişdi” -
“Kanal-1” internet televiziyasının rəhbəri olmuş Arzu Orucovun cinayət işinin təfərrüatı məlum olub. O, ayrı-ayrı obyekt sahiblərini şantaj edərək pul tələb etməkdə itiham edilir. Onun əlində intim görüntülər olub.

Musavat.com xəbər verir ki, əvvəllər qəsdən adam öldürmə cinayətinə görə məhkum olunan 40 yaşlı Arzu Orucov bu dəfə şantaj və hədə-qorxu ilə pul tələb etməkdə günahlandırılır.

İstintaqla müəyyən edilib ki, A.Orucov Biləsuvar rayon, Xırmandalı kəndi ərazisində yerləşən “Səbuhi” adlı kafedə çəkilmiş videogörüntünü əldə etdikdən sonra obyekt sahibinə zəng edərək əxlaqsız yuva işlətdiyini deyərək pul tələb edib. Bu əməlinə nail olaraq ondan 1300 manat alıb. Kafe sahibini bir müddət sonra yenə də eyni görüntülərlə şantaj edərək 800 manat ələ keçirib.

Bundan başqa Biləsuvar-Bəhrəmtəpə yolunda yerləşən adsız kafenin sahibini də əxlaqsız yuva işlətməsi adı ilə şantaj edərək 1100 manat alıb. Eyni ünvanda fəaliyyət göstərən digər kafenin sahibindən də 1100 manatı eyni üsulla tələb edib.

A.Orucov sonuncu dəfə Biləsuvar-Bəhrəmtəpə yolunun 57-ci kilometrliyində yerləşən adsız kafedə çəkilmiş videogörüntünü kafe sahibinə göstərərək onu şantaj edib və qarşılığında 1100 manat tələb edib. A.Orucova 1100 manatı alan zaman gecə saat 2 radələrində polis əməkdaşlarının keçirdiyi əməliyyatla saxlanılıb.

Müəyyən edilib ki, A.Orucova həmin əməllərində tanışı Sevil (ad şərtdiri) adlı xanım kömək edirmiş. O, həmin kafelərdə çəkilmiş öz intim görüntülərini A.Orucova göndərib.

A.Orucov məhkəmədə dindirilən zaman özünü təqsirli bilmədiyini deyib.

Onun sözlərinə görə saytı yaratmaqda məqsədi ölkə ərazisində baş vermiş neqativ halları aidiyyəti orqanlara çatdırmaq olub:

“İndi zərərçəkmiş kimi tanınan şəxslərin kafelərinin əxlaqsızlıq yuvası kimi fəaliyyət göstərmələrini ifşa etmişdim. Həmin əxlaqsız yuvalar bağlandı. Mən də yazını sildim.

Sonra 2024-cü il may ayında Sevil adlı qız zəng vuraraq məndən kömək istədi. Biləsuvarda kafedə olduğunu, həmin kafeyə ofisant adı ilə gətirildiyini, lakin orada cinsi istismara məruz qaldığını dedi. Sevincdən dediklərini sübut edən fakt istədim. O da mənə 3 video göndərdi. Videolara baxdıqda onun başqa şəxslərlə intim münasibətdə olmasını əks etdirən görüntülərin olması faktlarını gördüm. Yenidən bu məlumatı ictimailəşdirdim”.

A.Orucov qeyd edib ki, heç kimdən pul tələb etməyib. Ona qarşı irəli sürülmüş ittiham əsassızdır və barəsində bəraət hökmü çıxarılmasını istəyib.

Məhkəmədə elan edilib ki, A.Orucov istintaq zamaı fərqli ifadə verib və zərərçəkmiş şəxslərdən pul aldığını etiraf edib. O, kafe sahiblərinin bəzən ona hörmət edərək 100-200 manat pulu kartına göndərdiyini, yazdığı yazıların silinməsi qarşılığında ödəniş etdiklərini də əlavə edib.

Məhkəmə istintaqı zamanı məlum olub ki, A.Orucovdan 3 kafenin sahibi şikayətçi olub. Onlardan ikisi Orucovdan şikayətçi olduqlarını məhkəmədə də deyiblər. Yalnız “Səbuhi” kafesinin sahibi Orucovu bağışladığını bildirib.

Sevil adlı qadının A.Orucova göndərdiyi videogörüntülərlə bağlı da məhkəmə tərəfindən araşdırma aparılıb. Müəyyən edilib ki, həmin görüntülər qeyd edilən kafelərdə çəkilib və qadınların cinsi istismara məruz qalması əks olunur.

A.Orucovun kafe sahiblərindən pul tələb etməsini sübut edən telefon danışıqları da məhkəmə istintaqı zamanı tədqiq edilib.

Məhkəmə əxlaqsız yuvaların sahiblərinin əməllərinə də hüquqi qiymət veriləcəyini bildirib.

A.Orucovu törətdiyi əməllərdə təqsirli bilərək 7 il 6 ay azadlıqdan məhrum edilib.

Qeyd edək ki, A.Orucov daha əvvəl adam öldürmə ittihamı ilə həbs edilmişdi. O, vaxtından əvvəl azadlığa çıxmış, məhkumluğu ödənməmişdi.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
69 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...