Ukrayna ilə Rusiya arasında RAZILAŞMA: Kursk sakinləri təxliyə ediləcəklər

Ukrayna ilə Rusiya arasında RAZILAŞMA:
Hazırda Ukraynanın Sumı vilayətinə məskunlaşdırılan Rusiyanın Kursk vilayətinin sakinlərinin öz ölkəsinə təxliyəsi barədə razılıq əldə olunub.

Oxu.Az Rusiya KİV-nə istinadən xəbər verir ki, bu barədə Rusiyanın insan hüquqları üzrə müvəkkili Tatyana Moskalkova bildirib.

Onun sözlərinə görə, Ukraynanın Sumı vilayətində olan Kursk vilayəti sakinlərinin Belarus vasitəsilə Rusiyaya təxliyə olunması barədə razılıq əldə olunub.

Qeyd edək ki, ötən ilin avqustunda Ukrayna ordusu xüsusi əməliyyat nəticəsində Rusiyanın Kursk vilayətini nəzarətə götürüb. Nəticədə vilayətin Ukrayna qoşunlarının nəzarətinə keçən hissəsinin rusiyalı vətəndaşları bir qismi Sumı ərazisinə köçürülüb.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
52 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...