Ağsuda ekskavatora sığınanları sel apardı - Ölən var - VİDEO

Ağsuda ekskavatora sığınanları sel apardı -

Ağsuda sel ekskavatoru aşırıb. Hadisə nəticəsində 1 nəfər ölüb, 3 nəfər yaralanıb. Hadisə bu gün rayonun Kalva kəndi ərazisində qeydə alınıb.

GUNDEMİNFO.AZ AZƏRTAC-a istinadən xəbər verir ki, ilkin məlumatlara görə, ərazidə yol-təmir işləri ilə məşğul olan işçilər yağışın başlamasını müşahidə edərək təhlükəsizlik məqsədilə ekskavatorun içərisinə yerləşiblər. Lakin bir qədər sonra çaya sel gəlib və güclü axının təsirindən ekskavator aşıb.

Hadisə nəticəsində ekskavatorun içində olan 4 nəfərdən biri hadisə yerindəcə həyatını itirib. Digər 3 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alaraq, çətin vəziyyətdə texnikanın içində köməksiz qalıb.

Əraziyə dərhal Fövqəladə Hallar Nazirliyinin xilasediciləri cəlb olunublar. Yaralılar ekskavatorun içindən çıxarılaraq Şamaxı Rayon Mərkəzi Xəstəxanasına təxliyə ediliblər.

Hazırda hadisənin hansı şəraitdə və necə baş verdiyi araşdırılır. Faktla bağlı aidiyyəti qurumlar tərəfindən təhqiqat aparılır.





Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
116 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...