Rusiyadan Çexiyaya neft nəqli dayandırıldı
Çexiya hökuməti qərara alıb ki, üç il ərzində “Dostluq” boru kəmərinin Çexiyaya aid hissəsinin gələcək taleyi ilə bağlı qərar qəbul edəcək.
Modern.az xəbər verir ki, bu barədə ölkənin Nazirlər Kabinetinin yaydığı məlumatda bildirilir. Məlum olduğu kimi, bu boru kəməri ilə uzun illər ərzində əvvəlcə SSRİ-dən, daha sonra isə Rusiyadan Çexiyaya neft nəql olunub. Hazırda məsələ ilə bağlı yekun qərar verilmədiyindən, boru kəməri konservasiya olunmuş vəziyyətdə saxlanılacaq. Boru kəmərindən istifadə gələcəkdə həyata keçiriləcək strateji layihənin bir hissəsi olacaq, lakin həmin layihənin forması hələ müəyyən edilməyib.
TAL Trans-Alp boru kəmərinin genişləndirilməsinin başa çatması sayəsində ötən həftədən etibarən Rusiyadan Çexiyaya neft nəqli dayandırılıb. Bu, “Dostluq” boru kəmərinin sosializm dövründə istifadəyə verilməsindən bəri ilk dəfə baş verir. Çexiya 60 ildən sonra “Dostluq” boru kəmərindən asılılıqdan azad olub. Keçən il “Dostluq” boru kəməri ilə Çexiyaya 2,7 milyon ton neft nəql olunub ki, bu da ümumi həcmin 42 faizini təşkil edib. İndi isə Çex Respublikası qərb boru kəmərləri vasitəsilə ildə səkkiz milyon tonadək neft nəql edə bilər ki, bu da ölkənin neft emalı zavodlarının tələbatını tam şəkildə ödəyir.
37 dəfə oxundu