Rubio Londona səfərini ləğv etdi

Rubio Londona səfərini ləğv etdi
Vladimir Zelenskinin Krımı Rusiya ərazisi kimi tanımaqdan imtina etməsindən sonra ABŞ Dövlət katibi Marko Rubio Ukrayna münaqişəsinin həlli ilə bağlı danışıqlar aparmaq məqsədilə Londona səfərini ləğv edib.

Axar.az xəbər verir ki, bu barədə “Nyu York Tayms” məlumat yayıb.

Məlumata görə, Londonda aprelin 23-də keçiriləcək görüşdə ABŞ-ı Donald Trampın xüsusi nümayəndəsi Keyt Kelloq təmsil edəcək.

Rubionun nümayəndəsi Temmi Bryus isə Rubionun qərarını "gərgin iş qrafiki" ilə əlaqələndirib.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
30 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...