Mərkəzi Nəbatat Bağında 7 yaşlı uşağı ilan sancdı - Vəziyyəti ağırdır

Mərkəzi Nəbatat Bağında 7 yaşlı uşağı ilan sancdı -
Mərkəzi Nəbatat Bağında 7 yaşlı Ə. Heydərovu ilan sancıb.

“Qafqazinfo”nun əldə etdiyi məlumata görə, hadisə dünən baş verib.

Uşaq Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsinə yerləşdirilib.

Hadisə ilə bağlı TƏBİB-dən sorğumuza cavab olaraq bildirilib ki, azyaşlının vəziyyəti ağır qiymətləndirilir: “Ötən gün ilan sancması səbəbi ilə 2018-ci il təvəllüdlü azyaşlı (kişi cinsli) Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsinə hospitalizasiya olunub.

Dərhal zəruri tibbi xidmətlər göstərilən azyaşlıya ilan zəhəri əleyhinə zərdab tətbiq olunub.

Hazırda azyaşlının müalicəsi Toksikologiya şöbəsində davam etdirilir, vəziyyəti ağır qiymətləndirilir”.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
56 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...