"Little Stars" uşaq bağçasında qolu sınan körpənin BAŞINA OYUN AÇDILAR

Sitat.info xəbər verir ki, həmin bağçada təhsil alan 2019-cu il təvəllüdlü Alparslan Məmmədovun qolu sınıb. Bu barədə uşağın anası Turanə Məmmədova "Sitat.info" ya danışıb. O bildirib ki, hadisədən sonra bağça rəhbərliyinin diqqətsizliyi və məsuliyyətsizliyi ilə bağlı hüquq-mühafizə orqanlarına müraciət edib.
Valideyn qeyd edib ki, hadisə bağçada baş versə də, bağça müdirəsi İlahə Həsənova hər hansı tibbi yardım göstərməyib, onun gəlməsini gözləyib. Bu səbəbdən qolu sınan övladı saatlarla əziyyət çəkib.
Valideyn Turanə Məmmədova hadisənin kamera görüntülərini də bizə göndərib. Videodan görünür ki, uşaqlarla oynayarkən nəzarətsiz qalan Alparslan yıxılaraq qolunun üstünə düşüb. Valideyn iddia edir ki, hadisə 16:10-da baş verib. Buna baxmayaraq bağça müdirəsi və müəllimlər vəziyyəti ciddiyə almayıblar. 17:21-də müdirə İlahə Həsənova Alparslanın durumu ilə bağlı anasına zəng edib. Turanə Məmmədova övladının bu vəziyyətdə iki saatdan çox əziyyət çəkdiyini bildirir.
Hadisədən sonra Turanə Məmmədova "Little stars" uşaq bağçasına gedərək, övladını bu duruma düşürənləri lentə alıb. Bağça müdirəsi və müəllimlərlə valideyn arasında qalmaqal yaşanıb.
Hadisədən sonra Alparslanın rentgen müayinəsi zamanı bəlli olub ki, sol qolunda hər iki said sümüyünün 3/1 yerdəyişmiş sınığı aşkarlanıb. Travmatologiya İnstitunda ekspertizadan keçib, epikrizi var. Turanə Həmidova deyir ki, bağça müdirəsi övladının qolunun sınmasına biganə yanaşıb, onunla maraqlanmayıb: "Bağça müdirəsi övladının qolunun sınma saatını gizlətmək istəyib. Baş verən hadisənin videogörüntülərini əldə etmək istəyən valideynə yalnız yıxılma anının görüntüsü verilib.
Aydın olur ki, bağçada onlayn videomüşahidə sistemi olsa da, bağça müdirəsi qaydaları pozaraq baxılmasına icazə verməyib. Videoda müəllimələr uşağın qolunun sınmasını müvəqqəti olsa da, gizlətmək istəyiblər. Mobil telefon verərək, başını qatmağa çalışıblar.
Turanə Məmmədova bağça müdirəsi ilə yazışmalarını "Sitat.info"ya təqdim edib. Hadisədən bir xeyli müddət keçdikdən sonra yazışmalarda İlahə Həsənovanın hadisənin baş diqqətsizlikdən baş verdiyini etiraf edib.
Məsələ ilə bağlı "Little Stars" uşaq bağçasının rəhbərliyi ilə əlaqə saxladıq. Müdirə İlahə Həsənova suallarımıza qısa zamanda cavablayacağını bildirsə də, müdirənin həyat yoldaşı bizimlə əlaqə saxlayaraq, məsələ ilə bağlı Abşeron Rayon Prokurorluğunda iş getdiyini bildirdi.
58 dəfə oxundu