3 ildən bir forma dəyişməsi: Zərurət, yoxsa gəlir mənbəyi?

3 ildən bir forma dəyişməsi:
Yeni dərs ilinə sayılı günlər qalmasına baxmayaraq, məktəbli formalarının məcburi şəkildə yenilənməsi valideynlər arasında narazılığa səbəb olub. Qiymətlərin baha olması və keyfiyyətin aşağı səviyyədə qalması sosial mediada ciddi müzakirələrə yol açıb. Həmçinin övladına adətən böyük ölçüdə geyim alanlar düşünürdülər ki, növbəti il də həmin geyimi geyinərlər. Lakin, artıq məktəblərdən müəllimlər tərəfindən valideyn qruplarına mesajlar gəlir ki, yeni məktəbli formasına keçilməlidir? Bu proses 3 ildən bir həyata keçirildiyi halda, başqa rəngdə formaya keçid nəyə əsaslanır? Təhsildə inkişaf keyfiyyət kənarda qalır vizuallığa önəm verilir sanki. Bu barədə nə təklifləriniz və iradlarını olardı?

Məsələ ilə bağlı Tribunainfo.az-a açıqlama verən fəlsəfə doktoru, gənc alim, doktorant və Magistrlər Cəmiyyətinin sədri İlqar Orucov bildirib ki, məktəbli formaları ilə bağlı hər zaman fərqli münasibətlər olub. Məktəbli formalarının keyfiyyəti, qiyməti, eyni zamanda direktorların məktəbli formalarının satışında əlinin olması, ayrı-ayrı şəxslərin bu prosesdə biznes məqsədilə sui-istifadə hallarına yol verməsi və xeyli xoşagəlməz halları hər il yeni tədris ilinin başlamasına qalmış eşidirik.

İlqar Orucovun sözlərinə görə, “mən Elm və Təhsil Nazirliyinin ictimai şurasında təmsil olunarkən biz o zaman istehlakçı şirkətlərin rəhbərləri ilə nazirliyin rəhbərlərinin birgə görüşünü təşkil etdik. Mən ictimai müzakirə təşkil etdim. Burada tövsiyyələri izlə yanaşı, prosesin şagirdyönümlü, valideynyönümlü, təhsilyönümlü olmasını əsas götürülməsini tövsiyyə etdik. Ümumi baxış ondan ibarətdir ki, bu prosesdən sui-istifadə halları birmənalı olaraq yolverilməzdir. Təhsili biznesə çevirmək yalnışdır”.

Ekspert qeyd edir ki, hər il məktəbli formalarının dəyişdirilməsinin arxasında yaxşı niyyət və məram dayanmır. Burada hansısa şəxslərin bu prosesdən maliyyə əldə etmək istəkləri açıq-aydın görünür. Hətta siqnallar var ki, ayrı-ayrı məktəb direktorları məktəbli formalarının satışında və istehlakçılarla əlbirdirlər. Və bu hallar çox təəssüf ki, illərdir davam edir. Nazirlik əslində məsələnin şagirdyönümlü və təhsilyönümlü olmasında maraqlıdır. Amma görünən budur ki, niyyətdən sui-istifadə halları mövcuddur. Vahid məktəbli formasında əsas niyyət sosial bərabərliyi təbliğ etmək və məktəb mühitində sağlam bir sosial mühit yaratmaq, eyni zamanda estetik zövqü qorumaq dayanırdı. Amma bu saf niyyətin arxasından bəzi adamlar, şirkətlər, istehlakçılar istifadə etdi. Valideynlər çox haqlıdır. Məktəbli geyimlərini hazırlayan bəzi istehlakçılar çox keyfiyyətsiz məhsullara üstünlük verirlər və xeyli yüksək qiymət təklif edirlər. Bu bazarda tənzimlənməyə mütləq şəkildə ehtiyac var. Hətta bu prosesi bəzi direktorlar, müəllimlər valideynlərin əli ilə də həyata keçirirlər. 3 ildən bir formaların rəngini dəyişmək də yolverilməz haldır. Bununla bağlı nazirliyin qaynar xəttinə müraciət edilməlidir. Ümid edirəm ki, nazirlik məsələyə operativ cavab verəcək. Vizuallığın mən də tərəfdarı deyiləm. Əslində niyyət də vizuallıq deyildi. Təklif edirəm ki, monitorinqlər aparılsın və ictimai rəyə önəm verilsin. Monopoliya cəhdlərinin qarşısı alınmalıdır. Dövlət nəzarəti gücləndirməlidir.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
63 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...