Tapşırıq olur: gəncə elə suallar verirlər ki… – Fazil Mustafa

Tapşırıq olur: gəncə elə suallar verirlər ki… –
“Son vaxtlar gələn şikayətlərdən aydın olur ki, dövlət qulluğuna qəbulla bağlı müəyyən problemlər var. Müsahibə və təyinat mərhələsində kifayət qədər çatışmazlıqlar mövcuddur”.

Globalinfo.az xəbər verir ki, bu fikirləri Milli Məclisin deputatı Fazil Mustafa deyib.

Onun sözlərinə görə, bir çox hallarda bu müsahibələr formal xarakter daşıyır:

“Bunun kökündə duran əsas səbəb isə müqaviləli işçi himayədarlığı problemidir. Rəhbərlər xüsusi tanışlıqlar, qeyri-leqal yollarla bəzi şəxsləri vəzifələrə gətirirlər. Adamlar var ki, müsabiqədən ən yüksək bal toplasalar da, tapşırılmış şəxslərə müsahibədə uduzurlar. Elə çətin suallar verirlər ki, həmin şəxslər kəsilir. Nəticədə ömrünü, gününü dövlət qulluğunda işləmək üçün həsr edən Azərbaycan gənci işsiz qalır. Bu kimi halların qarşısı alınmalıdır”.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
44 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...