Bakıda zəlzələ riski: Binalar sarsıntıya tab gətirə bilər? (VİDEO)

Bakıda zəlzələ riski:

"Binaların zəlzələyə davamlı olması üçün ilk növbədə tikinti normalarına əməl edilməlidir".

Qaynarinfo İTV-yə istinadən xəbər verir ki, bu sözləri 40 ildən çoxdur tikinti üzrə mühəndis işləyən Şahin Məmmədov deyib.

Onun sözlərinə görə, simmetrik ölçülər və qısa sütunlar kimi dizayn strukturu tikilini zəlzələyə daha da davamlı edə bilər.

"Binanın inşasından sonra onun konstruksiya sisteminə mənfi təsir göstərəcək hər hansı dəyişikliklərin edilib-edilməməsi araşdırılmalıdır. Müvafiq rəsmi qurumlardan icazə alınmadan binaya heç bir müdaxilə edilməməlidir". - o bildirib.

Təhlükəsizlik üzrə mütəxəssislər isə köhnə binalara diqqət çəkirlər.

Ətraflı süjetdə:




Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
37 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...