“10 ildir avtomobildən istifadə etmirəm” dedi, bahalı avtomobilləri yenidən gündəm oldu – Fotolar

“10 ildir avtomobildən istifadə etmirəm” dedi, bahalı avtomobilləri yenidən gündəm oldu –Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşovun “10 ilə yaxındır avtomobildən istifadə etmirəm” açıqlaması sosial şəbəkələrdə və mediada geniş müzakirələrə səbəb olub.
Yeniavaz.com xəbər verir ki, icra başçısının bu sözlərindən sonra əvvəllər mətbuatda dərc edilən məlumatlar və yayılan fotolar yenidən gündəmə gəlib.
Qeyd edək ki, mediada dərc olunan xəbərlərdə onun və ailə üzvlərinin bahalı avtomobillərə sahib olması barədə çoxsaylı məlumatlar yayılıb və bu günə kimi təkzib olunmayıb.
“10 ildir avtomobildən istifadə etmirəm” dedi, bahalı avtomobilləri yenidən gündəm oldu –
2019-cu ildə yayılan xəbərlərdə Rəcəb Babaşovun təxminən 250 min manat dəyərində olduğu bildirilən “Range Rover” markalı avtomobildən istifadə etdiyi iddia olunurdu. Həmin materiallarda 99 FF 099 dövlət qeydiyyat nişanlı avtomobilin fotoları da paylaşılmışdı.
“10 ildir avtomobildən istifadə etmirəm” dedi, bahalı avtomobilləri yenidən gündəm oldu –
Bununla yanaşı, 2020-ci ildə müxtəlif media orqanlarında Rəcəb Babaşovun oğlu Elşən Babaşovun adına qeydiyyatda olduğu bildirilən təxminən 275 min ABŞ dolları (o dövrün məzənnəsi ilə təxminən 450 min manat) dəyərində “Mercedes-Benz G63 AMG” markalı avtomobil barədə xəbərlər dərc edilib. Həmin məlumatlarda Elşən Babaşovun sözügedən avtomobildən istifadə etdiyi qeyd olunurdu.
“10 ildir avtomobildən istifadə etmirəm” dedi, bahalı avtomobilləri yenidən gündəm oldu –
Daha sonra, 2024-cü ildə yayımlanan araşdırmalarda Elşən Babaşov bahalı avtomobilləri və dövlət nömrə nişanları (77-LL-077) ilə yenidən gündəmə gəlib.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
12 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...