Pulsuz ali təhsil modeli Azərbaycanda niyə çətin görünür?
Mövzu ilə bağlı KONKRET.az-a danışan təhsil məsələləri üzrə ekspert Fuad Hacıyev bildirib ki, Gürcüstanın bu addımı regionun ali təhsil siyasəti baxımından diqqətçəkən qərardır. Onun sözlərinə görə, Azərbaycanda da dövlət sifarişi əsasında minlərlə tələbə ödənişsiz təhsil alır. Lakin bütün tələbələr üçün tam ödənişsiz ali təhsil modelinin yaxın perspektivdə tətbiqi real görünmür.
Təhsil məsələləri üzrə ekspert 300 minlik dələduzluqda ittiham edilir Pravda.az
“Belə bir modelin həyata keçirilməsi dövlət büdcəsinə əlavə milyardlarla manat maliyyə yükü yarada bilər. Əsas məqsəd ali təhsili hamı üçün tam pulsuz etmək deyil, keyfiyyətli təhsili hər kəs üçün əlçatan etmək olmalıdır”, – deyə ekspert bildirib.
Fuad Hacıyevin fikrincə, bu istiqamətdə daha səmərəli yanaşmalar tətbiq oluna bilər.
“Məsələn, akademik göstəriciləri yüksək olan tələbələrin təhsil haqqı tam ödənilə, orta nəticə göstərənlər üçün qismən dövlət dəstəyi verilə, aztəminatlı ailələrin övladlarına isə xüsusi güzəştlər tətbiq oluna bilər.
Bundan əlavə, universitetlərin maliyyələşməsi yalnız dövlət büdcəsindən asılı qalmamalıdır. Elmi tədqiqatların inkişafı, sənaye ilə əməkdaşlığın genişləndirilməsi və məzun fondlarının formalaşdırılması da bu sahədə mühüm rol oynaya bilər. Əks halda, tam ödənişsiz ali təhsil modeli təhsilin keyfiyyətinə mənfi təsir göstərə bilər”, – deyə o vurğulayıb.
Ekspert hesab edir ki, uzunmüddətli perspektivdə ölkənin inkişafını müəyyən edən əsas amil insan kapitalıdır. Onun sözlərinə görə, təhsilə ayrılan vəsait xərc kimi deyil, ölkənin gələcəyinə yönəlmiş strateji investisiya kimi dəyərləndirilməlidir.
10 dəfə oxundu










