Bu Dövlət Agentliyində nələr baş verir?
Aviasiya və Avtomobil Nəqliyyatı üzrə Peşə Təhsil Mərkəzinin direktoru Füzuli Talıbovun Peşə Təhsili üzrə Dövlət Agentliyinin rəhbəri İlqar Bayramlının qərarları ilə bağlı mətbuata dedikləri acı; reallıqlar bu sahədə idarəetmənin tamamilə itdiyini aşkar göstərir.Və heç nə yeni deyil, düşünməyin ki, bu addımları Agentliyin direktoru atır.
Bir müddət əvvəl yazmışdım ki, Peşə Agentliyində İnsan resursları və hüquq sektoru müdiri Murad Məmmədov adlı şəxs agentlik rəhbəri İlqar Bayramlını sözün əsl mənasında "zərərsizləşdirib".
Yəni Agentliyin direktoru İlqar Bayramlı olsa da, qərarları Murad Məmmədov verir. Bunu bütün peşə direktorları təsdiqləyə bilər.
Diqqət edin!
Aviasiya və Avtomobil Nəqliyyatı üzrə Peşə Təhsil Mərkəzinin direktoru (artıq vəzifədən çıxarılıb) Füzuli Talıbov deyib ki, onun yerinə göndərilən Lalə Əhmədova adlı, əvvəllər coğrafiya müəlllimi olmuş xanım Ağsuda işləyəndə İlqar Bayramlı ilə tanış olub və bugünkü təyinat onun nəticəsidir.
Görünür, Fazil Talıbov prosesi tam bilmir. Əsla elə deyil.
Lalə Əhmədova MÜTDA rəhbəri Eşqi Bağırovun əmri ilə işdən çıxarılanda ona əl uzadan Agentliyin direktor müavini Simnar Mamedov olub.
Ceyhun Kərəmov Agentliyin direktoru vəzifəsindən qovulanda bu postu müvəqqəti olaraq bir neçə ay Agentliyin direktor müavini Simnar Mamedov idarə etdi.
Bu zaman Lalə Əhmədova Simnar Mamedovun xeyir-diası ilə Sumqayıt Peşə Təhsil Məktəbinə tərbiyə işləri üzrə direktor müavini təyin olundu.
Yəni onda İlqar Bayramlı Agentlikdə rəhbər deyildi.Qısası, Lalə Əhmədova İlqar Bayramlının deyil, Simnar Mamedovun dostudur, kadrıdır.
Murad Məmmədovun da köhnə salam əleykümü (?) basdaya bilməyib bu gün İlqar Bayramlını belə bir addım atmağa məcbur ediblər.
Yenə Coğrafiya...Yenə Elnur Əliyev...
Maraqlıdır ki, bu iddiaların qarşısında nə Peşə Təhsili üzrə Dövlət Agentliyi, nə də Lalə Əhmədova mövqe bildirmək istəmir. Bəlkə də Lalə Əhmədova nəsə demək istəyir, amma...
Ədil Hüseynli
6 dəfə oxundu










