Ukrayna Rusiya ordusunun hərbi obyektlərinə zərbələr endirib

Ukrayna Rusiya ordusunun hərbi obyektlərinə zərbələr endiribUkrayna Müdafiə Qüvvələri avqustun 5-nə keçən gecə Rusiya ordusunun bir sıra hərbi obyektlərinə zərbələr endirib.

APA xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat yayıb.

Bildirilib ki, Zaporojye, Donetsk və Rusiyanın Kursk vilayətində pilotsuz uçuş aparatlarının idarəetmə məntəqələri, Baxmut yaxınlığında Rusiyanın idarəetmə məntəqəsi vurulub.

Həmçinin Donetsk vilayətində Mokrı Yalı çayı üzərindəki bərə keçidinə və Krımın İşun yaşayış məntəqəsində yerləşən maddi-texniki təminat anbarına zərbələr endirilib.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
8 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...