Piyadanı vurmaq istəmədi, maşını aşırdı - VİDEO

Piyadanı vurmaq istəmədi, maşını aşırdı -
Bu gün paytaxtın Xəzər rayonunda yol-nəqliyyat hadisəsi baş verib.

Musavat.com xəbər verir ki, Qala yolunda 90-MV-949 dövlət nömrə nişanlı “Hyundai” markalı avtomobil idarəemədən çıxaraq aşıb.

Bildirilir ki, sürücü qarşısına qəfil çıxan piyadanı vurmamaq üçün manevr edib və nəqliyyat vasitəsi metal maneəyə çırpılaraq çevrilib.

Xoşbəxtlikdən xəsarət alan olmayıb.

Faktla bağlı araşdırma aparılır.





Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
38 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...