Direktor işdən çıxmamaq üçün özünü xəstəliyə vurdu

Direktor işdən çıxmamaq üçün özünü xəstəliyə vurdu
Bakı ən böyük məktəblərindən biri olan 158 nömrəli tam orta məktəbin direktoru Mehriban Ələkbərova işdən çıxarılıb. Bakupost.az bu barədə öz mənbələrinə istinadən xəbər verir.

Qeyd olunur ki, işdən çıxarılmaq xəbərini eşidən direktor özünü xəstəliyə vurub. Belə ki, ərizəyə qol çəkərkən, Mehriban Ələkbərovanın "ürəyi gedib". Onun vəzifədən getməmək üçün bülleten açdırdığı da bildirilir.

Qeyd edək ki, bundan əvvəl məktəb direktorunun adı müxtəlif neqativ hadisələrdə hallanıb.

Məsələ ilə bağlı Bakı Şəhəri üzrə Təhsil İdarəsinə və TƏBİB-ə sorğu ünvanlamışıq. Ətraflı məlumat veriləcək.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
44 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...