“Salyanski kazarma”nın sabiq xidmət rəisi həbs edildi

“Salyanski kazarma”nın sabiq xidmət rəisi həbs edildi
Azərbaycan Ordusunun Təlim və Tədris Mərkəzinin (TTM) Tibb Xidmətinin sabiq rəisi Şahin Quliyev həbs edilib.

“Qafqazinfo”nun əldə etdiyi məlumata görə, Quliyev Şahin Varis oğlu bir qrup şəxslə əlbir olmaqla külli miqdarda rüşvət almaqda ittiham edilir.

“Salyanski kazarma” kimi tanınan mərkəzin keçmiş vəzifəli şəxsinə qarşı yekun ittiham elan edilib, cinayət işi baxılması üçün məhkəməyə göndərilib.

Xatırladaq ki, bir müddət əvvəl TTM-in Maliyyə Xidmətinin sabiq rəisi Rəşad Məlikzadə də xüsusilə külli miqdarda mənimsəmə ittihamı ilə məhkum edilib.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
40 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...