Trampın bağladığı radionu Aİ maliyyələşdirəcək: Qafqazda da fəaliyyət göstərəcək

Trampın bağladığı radionu Aİ maliyyələşdirəcək:
Avropa Birliyi “Azadlıq” radiosunu maliyyələşdirəcək və onun yayımını dəstəkləmək üçün büdcəsindən 5,5 milyon avro ayırıb.

Publika.az xəbər verir ki, bunu Aİ diplomatik xidmətinin rəhbəri Kaya Kallas Aİ xarici işlər nazirlərinin görüşündən sonra keçirilən mətbuat konfransında deyib.

“Aİ “Azadlıq” radiosunun [Aİ-nin] qonşu ölkələrində, eləcə də Şimali Qafqaz və Mərkəzi Asiyada fəaliyyətini davam etdirməsini təmin etmək öhdəliyinə sadiqdir”, - o deyib.

Kallas qeyd edib ki, bu, qısamüddətli maliyyələşdirmədir və indi Aİ ölkələri uzunmüddətli maliyyələşmə ilə bağlı öz aralarında razılığa gəlməlidirlər.

ABŞ prezidenti Donald Tramp və onun müşaviri, həmçinin əsas donor milyarder İlon Mask əvvəllər dəfələrlə “Amerikanın Səsi” və “Azadlıq” radiosunu tənqid edərək, onları “solçuluqda”, “antiamerikan mövqelərdə” və maliyyə vəsaitlərindən sui-istifadədə ittiham ediblər. Martın 15-də Tramp 7 dövlət qurumunun, o cümlədən dövlət tərəfindən maliyyələşdirilən “Azadlıq” radiosu və “Amerikanın səsi” media orqanlarının fəaliyyətini koordinasiya edən qurumun işini dayandıran sərəncam imzalayıb.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
28 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...