Ramin Şükürov həbsdən azad edildi

Ramin Şükürov həbsdən azad edildi
Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Xəzər Rayon İdarəsinin külli miqdarda rüşvət ittihamı ilə həbs edilən sabiq rəisi Ramin Şükürov ev dustaqlığına buraxılıb.

“Qafqazinfo”nun məlumatına görə, Bakı Hərbi Məhkəməsi belə qərar qəbul edib.

4 ay əvvəl təqsirləndirilən polkovnik-leytenant barəsində həbs qətimkan tədbiri seçən hakim Fikrət Əliyev bu gün həmin qərarını dəyişib. Ramin Şükürov məhkəmə zalında həbsdən azad edilərək ev dustaqlığına buraxılıb.

Qeyd edək ki, cinayət işi Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində istintaq olunub. Ramin Şükürov haqda ilk vaxtlar işçiləri ilə birgə ev dustaqlığı qətimkan tədbiri seçilsə də, sonradan prokurorun təkrar təqdimatı əsasında həbs edilmişdi.

Zabitlərə qarşı Cinayət Məcəlləsinin 311.3.1 və 311.3.3 (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən külli miqdarda rüşvət alma) maddələri ilə yekun ittiham verilib.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
39 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...