Əfqan Sadıqov yenə həbs olundu

Əfqan Sadıqov yenə həbs olundu
Azərbaycanlı jurnalist Əfqan Sadıqov 14 sutkalıq həbs olunub.

Gundeminfo.az APA-ya istinadla xəbər verir ki, bununla bağlı Tiflis şəhər məhkəməsi qərar verib.

O, oktyabrın 18-də Tiflisdə aksiyada yolu qanunsuz olaraq bağlamaqda təqsirli bilinib.

Xatırladaq ki, Əfqan Sadıqov bundan əvvəl Gürcüstanda ötən il avqustun 3-də həbs edilmişdi. Ötən ilin noyabrında Tiflis Şəhər Məhkəməsi Azel TV-nin təsisçisi və baş redaktoru Əfqan Sadıqovun Azərbaycana ekstradisiyası barədə qərar çıxarıb., bu il aprelin 16-da isə məhkəmə onu 5 min lari məbləğində girov qarşılığında azadlığa buraxıb.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
36 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...