Azərbaycan “Aİ-95”i xaricdən 1 manat 5 qəpiyə alıb, Gürcüstana 83 qəpiyə satıb

Azərbaycan “Aİ-95”i xaricdən 1 manat 5 qəpiyə alıb, Gürcüstana 83 qəpiyə satıbBu ilin ilk 8 ayında Azərbaycan xarici ölkələrdən 70 milyon 455 min dollar dəyərində 83 min 458,5 ton “Aİ-95” markalı (“Premium”) benzin idxal edib.
Yeniavaz.com açıqlanan rəsmi məlumatlara istinadən xəbər verir ki, idxal olunan bir ton benzinin orta gömrük dəyəri 844 dollar (1 435 manat), bir litr benzinin orta gömrük dəyəri isə 62 sent (1,05 manat) olub.
Qeyd edək ki, Azərbaycan “Aİ-95” markalı aşağıdakı ölkələrdən idxal edib:
Rusiya – 58 min 80,2 ton (bir litr benzinin orta gömrük dəyəri 1,07 manat);
Rumıniya – 11 min 664,8 ton (1,08 manat);
Belarus – 10 min 814,2 ton (1,03 manat);
Gürcüstan – 1 499,1 ton (1,04 manat);
Bolqarıstan – 1 400,2 ton (1,05 manat).

Məlumat üçün onu da qeyd edək ki, Azərbaycan bu ilin ilk 8 ayında Gürcüstana 2 milyon 777,5 min dollar dəyərində 4 min 196,2 ton “Aİ-95” markalı benzin ixrac edib. İxrac olunan benzinin bir litrinin gömrük dəyəri 83 qəpik olub.
Xatırladaq ki, bu ilin ilk yarısında Azərbaycanda 676,1 min ton avtomobil benzini istehsal olunub. İstehsal olunan avtomobil benzininin 98,7%-i və ya 667,3 min tonu “Aİ-92” markalı, 1,3%-i və ya 8,8 min tonu isə “Aİ-95” markalı benzin olub.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
1 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...