Tramp ilin sonuna kimi 600 min miqrantı deportasiya etməyi tapşırıb

Tramp ilin sonuna kimi 600 min miqrantı deportasiya etməyi tapşırıbTramp administrasiyasının qərarına əsasən, ABŞ Miqrasiya və Gömrük Mühafizəsi Xidməti (ICE) 2025-ci ilin sonuna qədər 600 mindən çox qeyri-qanuni miqrantı deportasiya etməyi planlaşdırır.

ABŞ-a rahat köçmək üçün azı - 1 milyon dollar olmalıdır – YENİ QAYDA

Gundem.info.az xəbər verir ki, bunu ICE rəhbəri Tom Homan Axios-un “Müdafiənin Gələcəyi” sammitində çıxışı zamanı deyib.

Homan vurğulayıb ki, ABŞ-da qeyri-qanuni şəkildə yaşayanlar diqqətdən kənarda qalmayacaq: “Əgər sizi tapsaq, sizi həbs edəcəyik”.

Onun sözlərinə görə, ICE tərəfindən saxlanılanların təxminən 70%-i cinayətkar kimi təsnif edilir, qalan 30–35%-i isə cinayət keçmişi olmasa da, potensial olaraq milli təhlükəsizlik üçün təhdid hesab olunan şəxslərdir. (Apa)



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
2 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...