Uşaqlara “Smes” nə zaman vurula bilər?

Uşaqlara “Smes” nə zaman vurula bilər?Son zamanlar yayılan kəskin virus infeksiyalarının əsas əlamət göstəricisi düşməyən yüksək hərarətdir. Bəzi hallarda isə valideynlər çarəsiz qalaraq “Smes” kimi bilinən (analgin, dimedrol, novokain) iynədən istifadə edirlər.

Bəs hərarət yüksəkliyində “Smes”dən istifadə doğru addımdırmı?

Mövzu ilə bağlı Pravda.az-a açıqlama verən pediatr Səidə Şaxtaxtinskayanın sözlərinə görə, yüksək hərarət zamanı uşağa “smes” vurulması hər zaman düzgün hesab edilmir:

“Uşağın ümumi vəziyyəti, nəbzi, yaşı, çəkisi, ürək-damar sistemi, tənəffüsü, keçmiş xəstəlikləri, dərmanlara reaksiyası və yanaşı xəstəlikləri qiymətləndirilmədən iynə vurulması düzgün yanaşma deyil. “Smes” ancaq yüksək hərarət fonunda uşağın vəziyyəti ağırdırsa, ağızdan verilən dərmanlara cavab yoxdursa, qıcolma riski varsa və ya uşaq dərman qəbul edə bilmirsə həkim nəzarəti altında tətbiq oluna bilər. Əsas məqsəd hərarəti deyil, uşağın ümumi vəziyyətini qiymətləndirərək düzgün tibbi qərar verməkdir. Eyni zamanda vurulan preparatlar yaşa uyğun dozada və tibbi göstərişlə seçilməlidir. Hərarəti olan hər uşağa profilaktik və ya təkcə valideynin tələbi ilə iynə, sistem vurulması qəti qatağandır və bəzi hallarda yan təsirlərə səbəb ola bilər”.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
5 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...