Təbrizdə hərbi vəziyyət elan edildi

Təbrizdə hərbi vəziyyət elan edildiİranın Təbriz şəhərində hərbi vəziyyət elan edilib.
Yeniavaz.com xəbər verir ki, bu barədə “Svobodniy İran” teleqram kanalı məlumat yayıb.
Bildirilib ki, vətəndaşlara axşam saat 20:00-dan sonra çölə çıxmaq qadağandır.
Təbrizdəki Böyük Bazarın, eləcə də böyük ərzaq mağazalarının bağlandığı bildirilir:
“Bəzi kiçik pərakəndə satış məntəqələri müəyyən saatlarda açıq olsa da, zəruri mallara çıxış məhdud olaraq qalır”.
Xatırladaq ki, İranda milli valyutanın devalvasiyası ilə bağlı etirazlar dekabrın 28-də başlayıb. Buna cavab olaraq hakimiyyət təhlükəsizlik tədbirlərini artırıb, göz yaşartıcı qaz və hava tüfənglərindən istifadə edib. Yanvarın 8-də hakimiyyət İranda interneti bağladı. Bəzi ərazilərdə telefon xidməti də məhdudlaşdırılıb. Bunun hökumətin etirazçılara qarşı basqınının bir hissəsi olduğu düşünülür.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
4 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...