Qəzənfər Paşayev: “Yatmaq nədir, gözümə işıq düşüb…”

Qəzənfər Paşayev: “Yatmaq nədir, gözümə işıq düşüb…” Azərbaycan Milli Elmlər Akademiyası Rəyasət Heyətinin növbəti iclası keçirilib. İclas zamanı zalda sükutun hökm sürməsi və tədbirdə aralarında alimlərin yer aldığı bəzi iştirakçıların mürgülədiyi müşahidə olunub. Səbəb olaraq müzakirələrin maraqsız və sönük keçdiyi bildirilir.

Gundem.info.az pravda.az-a istinadla xəbər verir ki, bu barədə filologiya üzrə elmlər doktoru, professor Qəzənfər Paşayev bildirib.

Onun sözlərinə görə, iclasda mürgüləməyib, gözünə işıq düşüb:

“Yaşlı adamam, işığa baxa bilmirəm. Hətta Zəlimxan Yaquba veriliş həsr edilmişdi. Orada veriliş bitəndən sonra baxdım, dedim, İlahi, mən bir də televiziyaya çıxmayacam. Çünki gözüm qıyıq düşür. Yatmaq nədir? İclasda akademik Yaqub Mahmudov gördüyüm işlərdən danışıb. İndi kim çəkib, nədir, mən bilmirəm...

Həmin görüntüləri görməmişəm. Telefonum köhnədir, belə şeylərə açıb baxa bilmirəm”.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
9 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...