Mil düzündə “qadağan olunmuş ov” iddiaları: BƏƏ-nin hakim ailəsinin üzvünə imtiyaz verilib?..

Mil düzündə “qadağan olunmuş ov” iddiaları: Şirvan şəhərində yerləşən “Təbəssüm” Oteli ətrafında qanunsuz ov iddiaları yenidən gündəmə gəlib...

Yerli sakinlərin bildirdiyinə görə, hoteldə qalan əcnəbi ovçular hər gün avtomobillərlə Mil düzünə – Biləsuvar və Sabirabad istiqamətinə yollanır, ərazidə ov fəaliyyəti ilə məşğul olurlar.

Tendensiya.com Ecofront-a istinadən xəbər verir ki, hoteldə qalan ovçuların işlərini “Səyid” adlı Suriya vətəndaşı görür. Məlumatda qeyd olunur ki, bəzgək quşlarını tutaraq “şeyx”ə təqdim edən də məhz odur. Sakinlərin sözlərinə görə, onlardan nə etdikləri soruşulduqda “Pulumuz var, edirik. Şeyx xüsusi qonaqdır”Ş cavabı verilib.

Qırmızı Kitab növü və açıq suallar

Qeyd edək ki, bəzgək (bustard) Azərbaycanda Qırmızı Kitaba daxil edilmiş növdür və onun ovlanması cinayət məsuliyyəti yaradır. Rəsmi məlumata görə, hər bir ovlanmış və ya tutulmuş bəzgək üçün təbiətə dəymiş ziyan 330 AZN məbləğində hesablanır.

Lakin yerli mənbələr iddia edir ki, “Təbəssüm” Otelində onlarla bəzgək quşu saxlanılır və onların qızılquşlara yem kimi istifadə edildiyi bildirilir. Mil düzündə isə ovçuluq təsərrüfatının olmadığı vurğulanır. Bu isə sual yaradır: əgər ov qanunidirsə, hansı əsasla və hansı icazə ilə həyata keçirilir?

Araşdırma aparılıb, fakt aşkar edilməyib

Məsələ ilə bağlı oxu.az-ın sorğusuna cavab olaraq Dövlət Ekoloji Təhlükəsizlik Xidməti bildirib ki, 17 fevral 2026-cı il tarixində səhər saatlarında hotel ərazisinə baxış keçirilib və ovlanmış bəzgək quşlarına rast gəlinməyib.

“Qeyd olunan görüntülərin nə zaman çəkilməsi və qanun pozucularının kimliyinin müəyyən edilməsi ilə bağlı araşdırmalar davam etdirilir”, deyre Xidmətdən bildiriblər.

Ancaq yerli sakinlər bildirirlər ki, artıq üç həftədən çoxdur Mil düzündə Qırmızı Kitab növü olan quşların ovlanması davam edir və bununla bağlı real tədbir görülmədiyi müşahidə olunur.

Ov edən şəxslər kimlərdir?

İddialara görə, Mil düzündə ov edənlər arasında BƏƏ vətəndaşları var. Onlardan birinin adı Şeyx Zayed kimi təqdim olunur və onun BƏƏ-nin hakim ailəsinin üzvü, Şeyx Məhəmmədin oğlu olduğu bildirilir. Digər qardaşının, Abdullanın BƏƏ-də media naziri olduğu, eləcə də Şeyx Saif ilə birlikdə son beş ildə mütəmadi olaraq Azərbaycana bəzgək ovuna gəldikləri iddia edilir.

Həmçinin, Rashid Bin Hatha Al Marar adlı şəxsin də hazırda ölkəmizdə ovda olduğu sosial media paylaşımları ilə açıq şəkildə görünür. Onun BƏƏ-də iri xurma istehsalçılarından biri olan Tamrco şirkətinin təsisçisi olduğu bildirilir. İddialara görə, o, üç il əvvəl Acınohur ərazisində nadir Qafqaz durnasını ovlayaraq foto paylaşmışdı.

Qanun nə deyir?

Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 258-ci maddəsinin 3.2-ci bəndinə əsasən, qadağan olunmuş yerlərdə və ya vaxtda, yaxud qadağan edilmiş üsullarla, qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən ov etmə xeyli miqdarda ziyan vurduqda:

6000 manatdan 9000 manatadək cərimə,

və ya 2 ildən 5 ilədək azadlığın məhdudlaşdırılması nəzərdə tutulur.

Bununla yanaşı, praktikada bəzi hallarda qanunsuz əməllərə görə xarici vətəndaşların məsuliyyətə cəlb edildiyi faktlar da mövcuddur.

İctimaiyyət qarşısında iki əsas sual dayanır:

Əgər ov qanunsuzdursa, niyə operativ və prinsipial tədbir görülmür?

Əgər rəsmi icazə varsa, niyə bu barədə ictimaiyyətə açıq məlumat verilmir?

Bəzi vətəndaşlar ironik şəkildə bildirirlər ki, əgər bu ov fəaliyyəti faktiki olaraq davam edirsə və qarşısı alınmırsa, onda bəzgək ovunun leqallaşdırılması, rəsmi rüsumların müəyyən edilməsi və prosesin şəffaflaşdırılması daha məntiqli olardı.

Hazırda isə əsas gözlənti aidiyyəti qurumların məsələni obyektiv araşdırması, qanun qarşısında hamının bərabərliyi prinsipinin təmin olunması və Azərbaycanın təbiət sərvətlərinin qorunması istiqamətində konkret addımlar atılmasıdır.

Mil düzündə “qadağan olunmuş ov” iddiaları:
Mil düzündə “qadağan olunmuş ov” iddiaları:
Mil düzündə “qadağan olunmuş ov” iddiaları:
Mil düzündə “qadağan olunmuş ov” iddiaları:
Mil düzündə “qadağan olunmuş ov” iddiaları:



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
7 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...