Rusiyanın “qanunsuz neft alverçiləri” elektron poçt səhvi nəticəsində ifşa olundu - Azərbaycanlı iş adamı Tahir Garayev bu məsələnin harasındadır?
Birləşmiş Krallıq sanksiyalarına məruz qaldı.Vətəninfo.az xəbər verir ki, İngiltərənin dövlət nəşri FINANCIAL TIMES saytş Enerji şirkətlərinin görünən şəbəkəsinin geniş miqyasını üzə çıxarılıb.
Qərbi Sibirdə Rosneft-ə məxsus neft yatağı. Şəbəkə Rusiyada neft almaq üçün bir qrup şirkətdən, onu ixrac bazarlarında satmaq üçün isə başqa bir qrupdan istifadə edib.
Məlumatda vurğulanır ki,Rusiya enerji və hərbi istehsalı ilə əlaqəli təxminən 300 qurum Böyük Britaniyanın sanksiya siyahılarına əlavə edilib. Onların arasında geniş fəaliyyət dairəsi bir İT səhvi nəticəsində FT tərəfindən üzə çıxarılan neft treyderləri şəbəkəsi də var.
Siyahıya salınan qurumların yarıdan çoxu Xarici İşlər Nazirliyinin “qanunsuz neft alverçilərinin qaranlıq şəbəkəsi” kimi təsvir etdiyi “2Rivers Network” adlı qurumlar şəbəkəsi ilə bağlıdır.
Məlumatda vurğulanır ki, bu qurumlar qrupu Tahir Garayev ilə əlaqələndirilir. O, Rusiyanın dövlət neft şirkəti Rosneft ilə sıx əlaqələri olan azərbaycanlı iş adamıdır.
Bu şəbəkə Birləşmiş Krallıq hökuməti tərəfindən “qlobal miqyasda ən böyük kölgə donanması operatorlarından biri və Rusiya xam neftinin əsas treyderi” kimi təsvir edilib.
Xarici işlər naziri Yvette Cooper bildirib: “Böyük Britaniya bu gün Rusiyanın təcavüzünü davam etdirməsinə dəstək verən mühüm maliyyə mənbələrini, hərbi avadanlıq təminatını və gəlir axınlarını pozmaq üçün qəti addımlar atıb. Bu, işğalın ilk aylarından bəri ən geniş tədbirlər paketidir.”
FT şəbəkəyə daxil olan qurumları müəyyən edə bilib, çünki onların veb-domen qeydiyyatları hamısının eyni elektron poçt serverindən istifadə etdiyini göstərib. Serverdən istifadə edən qurumların adlarını Rusiya və Hindistan gömrük sənədlərində yer alan adlarla müqayisə edərək, FT 48 şirkətlə əlaqəli 90 milyard dollar dəyərində Rusiya nefti daşımalarını müəyyənləşdirə bilib.
Bu şəbəkə neft daşımalarının mənşəyini izləməyi çətinləşdirir. Şəbəkə Rusiyada neft almaq üçün bir qrup şirkətdən, onu ixrac bazarlarında satmaq üçün isə başqa bir qrupdan istifadə edib. Əməliyyatların bir-biri ilə uyğunlaşdırılmasını çətinləşdirərək, şəbəkə qurumlara öz iştiraklarını gizlətməyə imkan verə bilər.
Bu mexanizm həmçinin Rusiya ixracatçılarına alışların həqiqi qiymətlərini gizlətməyə və Rusiya neft ixracına tətbiq edilən qiymət tavanının pozulması ilə satılan yükləri ört-basdır etməyə şərait yarada bilər.
Sanksiyalar paketinə daxil edilən əlavə tədbirlər Rusiyanın dövlətə məxsus boru kəməri operatoru Transneft üzərində məhdudiyyətləri genişləndirir. Eyni zamanda, mayeləşdirilmiş təbii qaz (LNG) sektorunda fəaliyyət göstərən doqquz quruma və “kölgə donanması” kimi tanınan 48 tankərə qarşı da tədbirlər tətbiq olunur.
Enerji sektorunu hədəf almaqla yanaşı, Birləşmiş Krallıq həmçinin iki digər strateji “dar boğaza” — beynəlxalq ödənişlərin emalı və texnologiya transferinə — diqqət yetirib.
Siyahıya əlavə olaraq sərhədlərarası ödənişləri emal edən daha doqquz Rusiya bankı da daxil edilib.
Müxbir bankçılıq xidmətləri son dövrlərdə siyasətin əsas diqqət mərkəzində olub və bu, Rusiyanı əsas tərəfdaşları, xüsusilə Çin ilə biznes fəaliyyətini davam etdirmək üçün alternativ sistemlər qurmağa məcbur edib.
Birləşmiş Krallıq həmçinin “Rusiyanın müharibə maşınının davamlılığını təmin edən” 49 qurum və fiziki şəxsi sanksiya siyahısına əlavə edib. Bunlara Rusiyanın müharibə səylərinə “iqtisadi resurslar, mallar və ya texnologiya təqdim etdiyinə” görə siyahıya salınan Shenzhen Sowin Precision Machine Tools kimi Çin təchizatçıları da daxildir.
Yvette Cooper Kiyevdə çıxışı zamanı deyib: “Biz Ukrayna xalqının yanında dayanmağa və Avropa təhlükəsizliyini qorumağa davam edəcəyik — Ukraynanın təhlükəsizliyi bizim təhlükəsizliyimizdir.”
“2Rivers Network” adı 2Rivers Group şirkətindən götürülüb. Bu şirkət Tahir Garayev tərəfindən əvvəlcə Coral Energy adı ilə təsis edilib. Hazırda yeni sahibliyə keçmiş şirkət FT-yə bildirib ki, “son Böyük Britaniya sanksiya qərarlarında adı çəkilən şirkətlərin heç biri və iddia olunan ‘2Rivers şəbəkəsi’ ilə heç bir əlaqəsi və ya bağlantısı yoxdur.”
Şirkət həmçinin Tahir Garayev ilə heç bir əlaqəsinin olmadığını və hazırda fəaliyyət göstərmədiyini bildirir.
Qarayev daha əvvəl bu şəbəkə ilə hər hansı əlaqəsinin olduğunu inkar edib. O, şərh sorğusuna cavab verməyib.
Son yayılan məlumatda isə qeyd edilir ki, Böyük Britaniya Ukraynanın tammiqyaslı işğalından dörd il sonra Rusiyaya qarşı ən böyük sanksiyalar paketini elan edib.
Böyük Britaniya mühüm neft gəlirlərini kəsən və Kremlin qanunsuz müharibə aparmaq qabiliyyətini daha da zəiflədən mühüm sanksiyalar paketini elan edib.Böyük Britaniya, əvvəlcə Coral Energy kimi qurulan BƏƏ-də yerləşən 2Rivers şirkəti ilə əlaqəli kölgə donanması şirkətlərinin bütün şəbəkəsini sanksiyalaşdırıb.
Sanksiyalar Rusiya ticarəti, Qazprom və Novatek-in Baltik LNG layihələri və Rusiyanın əsas boru kəməri operatoru Transneft ilə məşğul olan 48 tankerə təsir edib.
LNG kölgə donanması gəmiləri və əsas P&I təminatçısı Dəniz Qarşılıqlı Sığorta Assosiasiyası da hədəfə alınıb.
Ukraynada yayımlanan LIoyds Lıst Saytı isə daha ətraflı məlumat yayıb və Tahir Qarayevin şəbəkəsin geniş təhıil edib.Məqalədə deyilir;
Böyük Britaniya Ukrayna müharibəsinin dördüncü ildönümünə təsadüf edən tarixdə Rusiyanın kölgə donanmasına qarşı ən geniş sanksiya siyahısını açıqlayıb.
Hökumət bəyanatında deyilir: “Mesaj aydındır — Rusiya nefti bazardan çıxarılır.”
Böyük Britaniya “2Rivers” neft şəbəkəsini təşkil edən 175 şirkəti hədəfə alıb. Bu şəbəkə qlobal miqyasda ən böyük kölgə donanması operatorlarından biri və Rusiya xam neftinin əsas treyderlərindən sayılır.
Sanksiyalar Rusiyanın Ukraynaya tammiqyaslı müdaxiləsinin dördüncü ildönümünə təsadüfən elan edilib və müharibənin ilk aylarından bəri Böyük Britaniyanın ən geniş tədbirlər paketini təşkil edir.
Ümumilikdə, paket çərçivəsində təxminən 300 yeni sanksiya elan olunub. Bu tədbirlər Rusiyanın enerji gəlirlərini hədəfə alır və Rusiyanın neft ixracının 80%-dən çoxunun daşınmasına cavabdeh olan Transneft kimi şirkətləri əhatə edir. Siyahıya 48 neft tankeri də daxil edilib.
2Rivers şirkəti əvvəllər azərbaycanlı treyderlər Etibar Eyyub və Tahir Garayev tərəfindən idarə olunub və kölgə donanması operatorları arxasında duran geniş şirkətlər şəbəkəsi ilə əlaqələndirilir.
Şirkətlər şəbəkəsi əvvəlcə 2010-cu ildə BƏƏ-də Coral Energy kimi yaradılıb və bu, həm Coral-a, həm də Garayev və Eyyub-a qarşı mövcud Böyük Britaniya və Aİ sanksiyalarını xeyli genişləndirib. Eyyub, sanksiyalara məruz qalan Rusiya enerji nəhəngi Rosneft-in baş icraçı direktoru Igor Sechin-in yaxın tərəfdaşı hesab olunur.
Böyük Britaniya ötən il Eyyub-un Coral Energy Group, Nord Axis, 2Rivers Group və BX Energy (Bellatrix kimi də tanınır) şirkətlərinə sahib olduğunu və ya onlara nəzarət etdiyini müəyyən edib. Bu şirkətlərin hamısı Rusiya enerji sektorunda fəaliyyət göstərib.
2Rivers Group isə 2024-cü ildən bəri səhmdarlar Talat Safarov, Ahmed Kerimov və Anar Madatli tərəfindən idarə olunurdu.Mövcud məlumat və iddialara əsasən, Tələt Səfərov ilə bağlı fəaliyyətlərin arxasında Azərbaycanda müəyyən siyasi təsir qruplarının dayandığı ehtimal edilir. Bununla əlaqədar olaraq, Britaniya Milli Cinayət Agentliyi (NCA) Rusiya ilə əlaqəli “kölgə donanması” strukturlarında ayrı-ayrı fiziki şəxslərin, eləcə də dövlət və ya dövlətə bağlı subyektlərlə mümkün institusional əlaqələrin izlərini araşdırmaq məqsədilə operativ-istintaq tədbirlərinə başlamışdır.
Şəbəkənin əsasını qoyan və idarə edən şəxs Eyyub olub. Şirkətlərin hamısı Coral Energy ilə bağlıdır və Ukrayna müharibəsindən sonra milyonlarla barel Rusiya neftinin satışını təşkil edən treyderlər arasında yer alıb.
Avropa İttifaqının ötən ilki sanksiya qərarına görə, 2Rivers Group Rusiya neftinin — xüsusilə Rosneft neftinin — daşınmasını və ixracını davam etdirməyə kömək edib və neftin həqiqi mənşəyini gizlədib.
Böyük Britaniyanın sanksiya siyahısına daxil edilən 175 şirkətdən bir neçəsi ötən həftə Financial Times tərəfindən aparılan araşdırmada da qeyd olunmuşdu. Həmin araşdırma Rosneft tərəfindən hasil olunan xam neftin təxminən 80%-nin ixracında istifadə edilən neft treyderləri və kölgə donanması şəbəkəsini müəyyən etmişdi.
Dubayda yerləşən Foxton FZCO (Rusiya ixrac sənədlərində 5,6 milyard dollarlıq neft alıcısı kimi göstərilib) və Hindistan sənədlərində 1,5 milyard dollarlıq Rusiya neftinin satıcısı kimi göstərilən Advan Alliance da sanksiya siyahısına daxil edilib.
Böyük Britaniya həmçinin Rusiyanın mayeləşdirilmiş təbii qaz sənayesini də hədəfə alıb. Siyahıya Baltik dənizindəki orta həcmli LNG layihələri — Gazprom LNG Portovaya və Cryogaz-Vysotsk daxil edilib. Bu, ötən il ABŞ-ın həmin şirkətlərə tətbiq etdiyi sanksiyalara əlavədir.
Bundan başqa, Rusiyanın üçüncü ölkələrə qaz daşıdığı deyilən LNG tankerləri də hədəfə alınıb.
Həmçinin Böyük Britaniya Yeni Zelandiyada yerləşən, lakin rəhbərliyi Lixtenşteyn, Gernsi, Sinqapur və Londonda fəaliyyət göstərən Maritime Mutual Insurance Association sığorta şirkətinə də sanksiya tətbiq edib.
Reuters araşdırmasına görə, bu sığortaçı sanksiyaya məruz qalan kölgə donanması tankerlərinin təxminən hər altı gəmisindən birini sığortalayıb və qlobal sanksiyalı neft ticarətində əsas oyunçulardan birinə çevrilib.
Sanksiya paketini elan edən Böyük Britaniyanın xarici işlər naziri Yvette Cooper bildirib:
“Böyük Britaniya Rusiyanın aqressiyasını maliyyələşdirən əsas gəlir axınlarını, hərbi təchizatı və maliyyə sistemlərini pozmaq üçün bu gün qəti addımlar atdı. Bu, müharibənin ilk aylarından bəri ən böyük tədbirlər paketidir.”
Tahir Qarayevin adının keçdiyi şirkətlərin bir hissəsi:





Tahir GARAYEV ilə əlaqəli olan və ya CORAL ENERGY GROUP (indi
2RIVERS GROUP
) şirkətində birbaşa və ya dolayı yolla sahiblik və ya idarəçilikdə iştirak etmiş şirkətlər:
ABEL LOGISTICS LTD
ACCORD COMMERCE FZCO
ACE COMMODITY LIMITED FZE
ADORA ENTERPRISE FZE
ADVAN ALLIANCE FZE
AL-HAWA NETWORKS FZE
ALLEGRO DEVELOPMENT LIMITED
ALPHA TRADE FZE
ALRASO FREIGHT AND LOGISTICS DMCC
AL-TASAMEEM GROUP FZE
ALTURION TRADE LIMITED
AMALGAM MARKET SOLUTIONS
APEXIS ENERGY FZE
ARCADIA INTERNATIONAL FZE
ARCANE MARKET STRATEGIES FZE
ARCTOS SHIPPING AND TRADE DMCC
ARDES INTEGRATED FZE
ARGON ALLIANCE DMCC
ARMUSTON FZE
ARRADA ENERGY FZE
ARTHEMIS SERVICES FZE
ASSURANCE CEYLAN FZE
ASTEYA LIMITED FZE
ASTRA EAST NAVIGATION FZE
ATLANTIC JIU YU NAVIGATION FZE
ATLAS TRADING INTERNATIONAL FZCO
AUGUSTA COMMODITY ENTERPRISE FZE
AURORA BOREALIS HOLDING LIMITED FZE
AXMON HOLDING LIMITED
AZZURIATTA DMCC
BALMO TRADING FZE
BEVON INTEGRATED FZE
BLACKFORD CORPORATION LIMITED
BRAIDWOOD GLOBAL FZE
BRASILLEUM ENERGY TRADING LTDA
BRIGHTPATH TRADE VENTURES
CASTLETON CORPORATION FZE
COLWICH CONTINENTAL FZE
CORE STONE FINANCING LIMITED
C.S.G. TRADING FZE
DAFENG INTERNATIONAL
DECENTRATECH GLOBAL SERVICES FZE
DEFENDEDGE SERVICES FZE
DEX CAPITAL HOLDING LIMITED
DISENTIS TRADING LLC
DOVER COMMODITY LIMITED
EASTWIND FORCE LIMITED
ECOMATRIX OIL AND COMMODITY FZE
EFORI DMCC
ELYSIUM INTEGRATED FZCO
ENERGOPOLE ENP FZCO
EQUITY EDEN GROUP HONG KONG LIMITED
ESTRELLA INTEGRATED FZE
ETHOS DYNAMICS FZE
EVANDER COMMODITY LIMITED
EVICOR CORPORATION LIMITED
EXOTRADE LIMITED
FADAS TRADE FZE
FERRAT NAVIGATION FZE
FLAREX PARTNERS FZE
FOXTON FZCO
FRONTFUEL DMCC
FUEL AND OIL DYNAMICS FZE
FUJIAN VENTURES FZE
FULLERTON INTEGRATED (HK)
FUSIONFLUX ENERGY FZE
GEARMASTERS LIMITED
GLENBROOK CORPORATION LIMITED
GLOBAL FERTILIZERS LIMITED
GLORIA FIELDS FZCO
GLYFEX LIMITED
GRANDALL CONTINENTAL FZE
GURON TRADING LIMITED
HARMONIA INVESTMENT FZE
HELVETIC NAVIGATION FZE
HESTON AGENCY FZE
HINERA TRADING FZCO
HINIMPEX PRIVATE LIMITED
HURUS TRADE FZE
INFINITE VENTURES FZE
JIADAO GLOBAL LIMITED
JINAO CORPORATE FZE
JOINTTRADE FZE
KASHMANI LOGISTICS FZE
KRYPTON HOLDING FZE
LAGO AZUL FZE
LAWSON WISE ENTERPRISE FZE
LEVIAN INDUSTRIES FZE
LIBER LOGISTICS INTERNATIONAL FZE
LINGLONG TRADING GROUP FZE
LINXOIL GLOBAL TRADING FZE
LUMIRA CAPITAL LIMITED FZE
LUNA ADRIATIC SERVICES FZE
MARINEX LIMITED
MARION COMMODITY DMCC
MARSOLUT MANAGEMENT DMCC
MERTON ROUTE FZE
METALINK TRADING FZE
MIDPOINT TRADING LIMITED
MMBT ENERGY DMCC
MRIMEX TRANS FZE
NAVRATAN VENTURES FZE
NAWAEM LOGISTICS FZE
NEWTON RESOURCES FZE
NIMBUSTONE FZE
NINANGBO GLOBAL TRADE
NOBEL COMMODITY TRADING
NOOKSPOT SERVICES FZE
OC ENTERPRISE FZE
OILPEAK PRODUCTS FZE
OLTON MIDDLE EAST FZE
OMEGA ENERGY LLC
OMNI MARINE & TRANSPORT
ORBINEX SOLUTIONS FZE
ORYX QA (HK) LIMITED
ORYX QA FZE
OSSYDEY INTEGRATED FZE
OXEL SOLUTIONS FZE
PACIFIC WATERS DMCC
PAN ELEMENTAL GROUP FZE
PERSEVERANCE DMCC
PETROMAX INTERNATIONAL FZCO
PHOENIX SOLUTIONS FZCO
PILADEA DMCC
POLY PRO TRADING DMCC
PONTUS TRADING DMCC
PRIMEALLIANCE TRADE LIMITED FZE
PRIMEGROWTH FZE
PROLINK MANAGEMENT PTE LTD
QUASAR TRADING FZE
RAFFLONLINE FZE
ROCKOIL TRADING LIMITED
ROCKWELL ENERGY FZE
RR ALLIANCE FZE
RUBUS FZE
SARAWI EXPORTS FZE
SAS ALLIANCE FZCO
SCAFFOLLO GLOBE FZE
SELESTA INTERNATIONAL FZCO
SENTURA GLOBAL FZE
SHANGHAI ENERGY RESOURCES CO LTD
SHREEVAANI EXOM FZE
SILVERARC LOGISTICS FZE
SKYION SOLUTIONS FZE
SNS COMMODITIES DMCC
SOCIETE GALATEA FZE
TANZHOULI INTEGRATED FZE
TARS GLOBAL GROUP FZE
TETON GLOBAL TRADING LIMITED
TETRAWATERS FZE
TEZOS FZCO
TIANWEI INTERNATIONAL FZCO
TOTCOR TRADE FZE
TRADESTREAM FZE
ULTIMATE SPIRIT LIMITED
UNITYCOMEX TRADING LIMITED FZE
URBAN PROPERTIES FZE
VALORUP CONTINENTAL FZE
VALTARA VENTURES FZCO
VAULT ENERGY RESOURCES DMCC
VECTOR CHEMICALS DMCC
VENTURIA SHIPPING LIMITED
VENUTA DMCC
VENUTO DMCC
VENUTO FZE
VERTEX ENTERPRISE LIMITED
VIVAVISTA TRADING DMCC
VOLITON DMCC
WANGFU COMMERCE LIMITED
WESTPOINT GLOBAL FZE
WINDSTREAM ENERGIA DMCC
WORLD TRADING CORPORATION LIMITED
ZENITH GLOBAL CORPORATION LIMITED
ZHESHANG RESOURCES FZE
ZION TRADE LIMITED FZE
0.3 Rusiya neftini üçüncü ölkələrə daşıyan gəmilər:
ADITYA (IMO 9323314)
ALTURA (IMO 9292199)
APATE (IMO 9433016)
AURA 1 (IMO 9472634)
BLUEBELL (IMO 9251810)
BOLU (IMO 9439539)
BREEZ (IMO 9247778)
BRIONT (IMO 9252955)
CAROLINE BEZENGI (IMO 9224439)
CELINE (IMO 9252400)
CHONGCHON (IMO 9294123)
DENVER (IMO 9382712)
ESTELLA (IMO 9308170)
ETHERA (IMO 9387279)
EVALI (IMO 9400980)
EVERDINE (IMO 9382073)
FENGHUANG (IMO 9236248)
GARUDA (IMO 9272931)
GENERAL SKOBELEV (IMO 9503304)
GRIF (IMO 9332028)
GUANYIN (IMO 9299707)
INDRI (IMO 9247429)
KATY (IMO 9323326)
LUMIN (IMO 9330599)
MANASLU (IMO 9388027)
MAVERICK (IMO 9321562)
MYRA (IMO 9336490)
NEMRUT (IMO 9439541)
NILANGA (IMO 9412452)
NOVA CREST (IMO 9292046)
ORVI (IMO 9321718)
PRISMA (IMO 9299678)
PROMETEI (IMO 9296597)
SAMOS (IMO 9408190)
SARASWATI (IMO 9383869)
SEGINUS (IMO 9256028)
SKADI (IMO 9230971)
STANISLAV GOVORUKHIN (IMO 9621596)
TAGOR (IMO 9282481)
TASSOS (IMO 9408695)
URIEL (IMO 9336517)
VELORA (IMO 9290373)
AS CALCUTTA (IMO 9037123)
HANSON (IMO 9237412)
INNOVATOR (IMO 9306809)
JEWEL (IMO 9419450)
JIN HUI (IMO 9430272)
TYCHE 1 (IMO 9308077)
0.4 Rusiya maye qazını (LNG) üçüncü ölkələrə daşıyan gəmilər:
LNG SOARS (IMO 9307205)
KUNPENG (IMO 9247194)
0.5 Rusiya maliyyə sektorunda iştirak edən qurumlar:
POST BANK JOINT-STOCK COMPANY
AVERS BANK JOINT-STOCK COMPANY
PUBLIC JOINT STOCK COMPANY “TRANSCAPITALBANK”
JOINT-STOCK COMMERCIAL BANK “ABSOLUT BANK” (PUBLIC JOINT-STOCK COMPANY)
SINARA BANK JOINT STOCK COMPANY
JOINT-STOCK COMPANY COMMERCIAL BANK “LANTA-BANK”
LIMITED LIABILITY COMPANY “BANK TOCHKA”
JOINT-STOCK COMMERCIAL BANK “AK BARS” (PUBLIC JOINT-STOCK COMPANY)
JOINT-STOCK COMMERCIAL BANK “FORA-BANK” (JOINT-STOCK COMPANY)
0.6 Rusiya dezinformasiyasında iştirak edən qurumlar:
IMEDI TV
POSTV
0.7 Rusiya müdafiə sektoruna bağlı olan və ya tədarük edən qurumlar və şəxslər:
LLC PLANT OF ELECTRIC AGGREGATE ENGINEERING “SEPO-ZEM” OF JSC “SARATOV ELECTRIC AGGREGATE PRODUCTION ASSOCIATION”
LLC TOP ALLOY
JSC STUPINO METALLURGICAL COMPANY
LLC PHOENIX
LLC SMP-138
Abram Borisovich GOLDMAN
JSC NEPTUN
CONTROL SYSTEMS AND INSTRUMENTS JSC
JSC ALTAY INSTRUMENT-MAKING PLANT ROTOR
PAO ZAVOD LADOGA
JSC DALPRIBOR
JSC NAUCHNO-TEKHNICHESKII TSENTR “ELEKTROZOND”
JSC SCIENTIFIC AND PRODUCTION CENTER “AQUAMARINE”
JSC AFRIKANTOV
URAL DIESEL ENGINEER PLANT LLC
LLC UNIMATIC-INVERSIA
LLC MACHINE-BUILDING SOLUTIONS
Grant Arshavirovitch AKOPOV
Oleg Igorevich FISHELEV
Igor Yakovlevich FISHELEV
LLC PALFINGER KRAN RUS
JSC INMAN
JSC LIFTING MACHINES
LLC SMZ
LLC VELMASH-S
KRAN CENTER KAMAZ LLC
LLC PALFINGER KAMA CYLINDERS
LLC PMR
LLC PALFINGER SANI CRANES
0.8 Rusiya üçün hərbi və ya ikili istifadə mallarının beynəlxalq tədarükçüləri və onların vasitəçiləri:
XIEFENG (HK) INT’L ELECTRONICS LTD
YIBIN VECTOR ELECTRONIC TECHNOLOGY CO., LTD
BEIJING XICHAO INTERNATIONAL TECHNOLOGY AND TRADE CO LTD
SHANDONG FUTURE ROBOT CO LTD
DALIAN UNIMATIC TRADING CO., LTD
DALIAN UNITECH TRADING CO., LTD
ZEPTO MICROWAVE AND CHIP DEVICES ASSEMBLY
SUZHOU GOODWILL MACHINERY EQUIPMENT CO., LTD
SHENZHEN SOWIN PRECISION MACHINE TOOL CO., LTD
JIANGSU QIANZHU MACHINERY CO.,LTD
NINGBO SKY MASTER PRECISION MACHINERY CO., LTD
ZHENGZHOU TIMEWAY MACHINE TOOL CO., LTD
DALIAN HAISEN MACHINERY CO., LTD
MINOSPACE / BEIJING WEINA STAR TECHNOLOGY COMPANY LTD
TAB CORPORATION (THAILAND) CO. LTD
SIAM AERO REPAIR CO LTD
SPECTRASYNC CO LTD
ALLIANCE CAPITAL KS SP ZOO
0.9 Rusiya elektronika sektoruna bağlı olan və ya tədarük edən qurumlar və şəxslər:
Mikhail Vladimirovich GRISHCHENKO
MIDAX GROUP LLC
9 dəfə oxundu











