Ukrayna Rusiyada kimya zavodunu vurdu

Ukrayna Rusiyada kimya zavodunu vurduUkrayna Silahlı Qüvvələri fevralın 25-nə keçən gecə Smolensk vilayətindəki kimya zavoduna hücum edib.
Yeniavaz.com TASS-a istinadla xəbər verir ki, hücum nəticəsində azot gübrəsi istehsal edən “Doroqobuj” zavodunda yanğın baş verib.
Zavodun infrastruktur elementlərinə, xüsusi yanğınsöndürmə maşınına və yanğınsöndürmə binasına ziyan dəyib.
Doroqobuj İstilik Elektrik Stansiyasına zərbənin vurulması barədə də məlumatlar var.
Smolensk vilayətinin qubernatoru Vasili Anoxin bildirib ki, Ukrayna Silahlı Qüvvələrinin pilotsuz uçuş aparatlarının (PUA) gecə ərzində etdiyi kütləvi hücum nəticəsində yeddi nəfər ölüb, on nəfər yaralanıb.
O, yaralıların tibb müəssisəsinə aparıldığını və onlara tibbi yardım göstərildiyini bildirib.
Onun sözlərinə görə, xilasedicilər hadisə yerində işləyir.
Əhali üçün potensial təhlükələri minimuma endirmək üçün hakimiyyət orqanları yaxınlıqdakı kənd sakinlərini təxliyə etməyi planlaşdırır.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
6 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...