Ukraynanın bərpası 500 milyard avrodan çox qiymətləndirilir
APA xəbər verir ki, hesabat Kiyev hakimiyyəti, Dünya Bankı, Avropa İttifaqı və BMT tərəfindən birgə hazırlanıb. Sənəddə qeyd olunur ki, bu məbləğ 2025-ci il üçün Ukraynanın ümumi daxili məhsulunun təxminən üç qatına bərabərdir.
Ən böyük maliyyə ehtiyacları nəqliyyat sektoruna (96 milyard dollar), enerji sahəsinə (77 milyard avro), mənzil fonduna (77 milyard avro), ticarət və sənayeyə (54 milyard avro) və kənd təsərrüfatına (47 milyard avro) aiddir. Döyüşlərin intensiv getdiyi Donetsk və Xarkov bölgələrində bərpa işləri xüsusilə genişmiqyaslı olacaq.
Paytaxt Kiyev üçün bərpa xərcləri 12 milyard avrodan çox qiymətləndirilir. Təxminən 3 milyon əhalisi olan və sahəsi Berlinə yaxın olan şəhər mütəmadi olaraq Rusiyanın dron və raket hücumlarına məruz qalır.
Hesabatda vurğulanır ki, Rusiyanın işğalının humanitar, sosial-iqtisadi və ekoloji nəticələri “nəsillər boyu” hiss olunacaq. Bu səbəbdən Ukraynanın bərpası yalnız infrastrukturun deyil, həm də cəmiyyətin və iqtisadiyyatın uzunmüddətli dirçəldilməsini tələb edir.
5 dəfə oxundu













