Tramp Ukrayna ilə bağlı çox çətin tapşırıq verib - Vens

Tramp Ukrayna ilə bağlı çox çətin tapşırıq verib -
Prezident Donald Tramp danışıqlarda iştirak edən nümayəndə heyətinə Ukrayna müharibəsində insan ölümlərinin qarşısını almaq üçün xüsusi çalışmağı tapşırıb.

Axar.az xəbər verir ki, bu barədə ABŞ vitse-prezidenti Ceyms Di Vens deyib.

"Düşünürəm ki, həm ruslar, həm də ukraynalılarla olduqca diqqətlə danışıqlar aparmışıq. Aydındır ki, rusların, ukraynalıların müəyyən qırmızı xətləri var və prezident Marko Rubio (dövlət katibi) başda olmaqla, bütün komandaya qətllərə son qoymaq üçün çalışmağı tapşırıb", - deyə o vurğulayıb.

Vens Trampın bu tapşırığının çox çətin olduğunu etiraf edib.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
4 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...