Xamenei öləndən sonra onu kim əvəz edəcək? - Rusiya açıqladı

Xamenei öləndən sonra onu kim əvəz edəcək? - İranda baş verən hadisələr fonunda diqqətlər Ayətullah Əli Xamenei öləcəyi təqdirdə İranın yeni dini liderinin seçilməsi məsələsinə yönəlib.

Publika.az xəbər verir ki, rusiyalı şərqşünas Qriqori Lukyanov “Lenta.ru”ya müsahibəsində bu barədə danışıb.

Onun sözlərinə görə, İran İslam Respublikasının bütün tarixi ərzində ali rəhbərin seçilməsi prosesi cəmi bir dəfə baş verib. Bununla belə, ekspert hesab edir ki, ölkənin siyasi sistemi hakimiyyət boşluğunun yaranmasının qarşısını almağa imkan verəcək şəkildə qurulub.

“İranın siyasi sistemi daxilində həm sülh, həm də müharibə dövründə qeyri-sabitlik risklərini və təhdidlərini neytrallaşdırmağa yönəlmiş mexanizmlər mövcuddur”, - deyə Lukyanov bildirib.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
7 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...